40-dan çox ölkə Hörmüz boğazı üçün birləşdi
Yeniliklərdən dərhal xəbərdar olun
"Hörmüz boğazının açılması üçün hər cür diplomatik və iqtisadi tədbirlər görməyə hazırıq".
Bunu Böyük Britaniyanın xarici işlər naziri İvett Kuper jurnalistlərə açıqlamasında bildirib.
Nazirin sözlərinə görə, qlobal tədarük zəncirlərinə və enerji bazarlarına təzyiq göstərən və faktiki olaraq bloklandığı iddia edilən strateji su marşrutunun açılmasını dəstəkləmək üçün 40-dan çox ölkə birgə səy göstərir.
İvett Kuper İranın beynəlxalq gəmiçiliyə və dünya iqtisadiyyatına zərbə vuran addımlarını pisləyib. O vurğulayıb ki, bunun nəticələri dünyanın müxtəlif regionlarında yanacağın, gübrə və qazın qiymətinə təsir edir.
Onun sözlərinə görə, London gəmilərin hərəkətini blokadadan çıxarmaq üçün Beynəlxalq Dəniz Təşkilatı ilə əməkdaşlığı da nəzərdən keçirir.
#Hörmüz boğazı teqi istifadə olunub
- Tehran Hörmüz boğazı ilə bağlı iddiaları təkzib edib
- Əraqçi İranın ABŞ-yə Hörmüz boğazı ilə bağlı şərt qoyduğunu bildirib
- Nüvə sazişi və Hörmüz boğazı Trampın qərarına necə təsir edəcək? - Baku TV CANLI
- Bakıda 9 Noyabr – Dövlət Bayrağı Günü münasibətilə hərbi yürüş keçirilir - Baku TV CANLI
- Əraqçidən Ağ Evə mesaj: İran Hörmüz boğazı üçün hansı şərti irəli sürüb? - Baku TV CANLI
