Pleyeri seçin:
60 minə yaxın sakin ABŞ ilə olmaq istəyir | Trampdan Qrenlandiya barədə sensasiya
Ağ Evin rəhbəri Donald Tramp ABŞ-nin Qrenlandiyaya nəzarəti ələ keçirəcəyinə inandığını bildirib.
O bu haqda “Air Force One” telekanalına müsahibəsi zamanı danışıb.
D.Tramp həmçinin bildirib ki, adanın 57 min sakini ABŞ ilə birlikdə olmaq istəyir.
“Həqiqətən, Danimarkanın bu ada üzərində hansı hüquqa malik olduğunu bilmirəm. Lakin onların buna icazə verməməsi azad dünyanın qorunmasına düşmən kimi bir yanaşmadır.
Düşünürəm ki, Qrenlandiyanı alacağıq, çünki bu, dünyanın azadlığı ilə bağlıdır. Bunun ABŞ ilə heç bir əlaqəsi yoxdur, ancaq biz azadlığı təmin edə bilərik. Onlar bunu təmin edə bilmirlər”, – deyə D.Tramp əlavə edib.
Kopyalandı
