Abdullah Gülün xanımının çantasından nələr oğurlandı? | Qalmaqallı hadisənin detalları açıqlandı
Yeniliklərdən dərhal xəbərdar olun
Türkiyənin 11-ci prezidenti Abdullah Gül xanımı Hayrunnisa Gül ilə birgə Oksford İslam Araşdırmaları Mərkəzinin İdarə Heyətinin toplantısında iştirak etmək üçün İngiltərəyə gedib. İclasdan sonra Türkiyəyə qayıtmaq istəyən A.Gül və xanımı şok hadisə ilə üzləşib.
Bu barədə “Halk TV” məlumat yayıb.
İngiltərə polisi H.Gülün üzərində bir neçə dəfə axtarış aparıb ki, bu da diplomatik qaydalara uyğun olmayıb.
Eks-prezident buna reaksiya göstərsə də, gərginlik yaratmamaq üçün tez bir zamanda təyyarəyə minmək istəyib. Daha sonra H.Gül çantasında 3 zərfin götürüldüyünü fərq edib.
Məsələ ilə bağlı danışan sabiq prezidentin mətbuat müşaviri Birol Avşar baş verən hadisəni təsdiqləyib:
“Zərflərin içərisində sterlinq və avro olub. İngiltərə və Türkiyə səfirlikləri məsələ ilə yaxından maraqlanır”.
#Türkiyə teqi istifadə olunub
- Prezident İlham Əliyev COP31 Liderlər Sammitində iştirak edəcək - Baku TV
- Azərbaycan COP31-də “Dialoq Dəhlizi” konsepsiyası ilə çıxış edir - Baku TV
- Pərviz Şahbazov üç ölkənin nümayəndələri ilə birlikdə mühüm sənədə imza atdı - Baku TV
- “Böyük bir birlik mesajı verildi” | Cevdet Yılmaz Ərdoğanın Azərbaycana səfərini şərh etdi - Baku TV
- “O, böyük bir lider və sülh insanıdır” | Naxçıvanda Atatürkün anım günü ilə bağlı tədbir - Baku TV
