Pleyeri seçin:

ABŞ 2200–2500 nəfərlik dəniz piyadası birliyini Yaxın Şərqə transfer edib

20 mart 2026 576 baxış

ABŞ Müdafiə Nazirliyi İran sahillərindəki strateji adaları nəzarətə götürmək və Tehran üzərindəki təzyiqi artırmaq məqsədilə Yaponiyanın Okinava prefekturasında yerləşən təxminən 2200–2500 nəfərlik dəniz piyadası birliyini Yaxın Şərqə transfer edib.

"The Wall Street Journal" nəşrinin hərbi mənbələrə istinadən yaydığı məlumata görə, müdafiə naziri Pit Heqset 31-ci dəniz piyadası ekspedisiya birliyinin və "USS Tripoli" universal desant gəmisinin bölgəyə göndərilməsi barədə əmri rəsmən təsdiqləyib.

Məlumata görə, "USS Tripoli" martın 17-də Sinqapur boğazını keçərək Malakka boğazı vasitəsilə Hind okeanına daxil olub və yaxın 5-7 gün ərzində Fars körfəzinə çatacağı gözlənilir.

Pentaqon dünya neft tədarükünün 20%-nin keçdiyi Hörmüz boğazındakı strateji nöqtələri, xüsusilə İranın sahil boyu adalarını ələ keçirməyi planlaşdırır. Bu addım İranın neft infrastrukturunu birbaşa bombalamaq əvəzinə, daha effektiv "alternativ təzyiq rıçağı" kimi nəzərdən keçirilir.

Yaponiyanın Sasebo limanından yola düşən və F-35B qırıcıları, V-22 Osprey konvertoplanları, həmçinin zərbə helikopterləri ilə təchiz olunmuş "USS Tripoli" gəmisi həm dənizdə gəmilərin müşayiətini təmin etmək, həm də quruda sürətli desant əməliyyatları keçirmək qabiliyyətinə malikdir.

Prezident Donald Trampın Xarq adasındakı hərbi hədəflərin "tamamilə məhv edildiyini" bəyan etməsi və "insaf naminə" neft infrastrukturuna hələlik toxunmadığını bildirməsi fonunda dəniz piyadalarının bölgəyə gəlişi həmin ərazilərin qurudan işğal edilməsi ehtimalını kəskin artırır.

Analitiklər qeyd edirlər ki, ABŞ-nin Yaponiyadakı qüvvələrini Yaxın Şərqə yönəltməsi Hind-Sakit okean regionunda hərbi mövcudluğun zəifləməsi demək olsa da, Vaşinqton üçün hazırda İranın neft blokadasını yarmaq mütləq prioritetdir.

Hərbi ekspertlər hesab edirlər ki, dəniz piyadalarının yaxın günlərdə Körfəz sularına çatması ilə "Epik Qəzəb" əməliyyatı quruda birbaşa hərbi toqquşmaların yaşanacağı yeni və daha təhlükəli mərhələyə qədəm qoyacaq.

Kopyalandı
Banner
Avropa İttifaqında təbii qaz dünyada ən çox bahalaşan əmtəə oldu

Avropa İttifaqında təbii qaz dünyada ən çox bahalaşan əmtəə oldu

Dünya
01 noyabr 2026 576 baxış
Türkiyədə sosial şəbəkələrə yaş məhdudiyyəti

Türkiyədə sosial şəbəkələrə yaş məhdudiyyəti

Dünya
01 noyabr 2026 576 baxış
Ankara hərəkətə keçdi

Ankara hərəkətə keçdi

Dünya
01 noyabr 2026 576 baxış
Rusiyanın böyük neft emalı zavodu hücuma məruz qaldı

Rusiyanın böyük neft emalı zavodu hücuma məruz qaldı

Dünya
01 noyabr 2026 576 baxış
Təkcə enerji sahəsində yaranmış zərər 100 milyard avroya çatıb?

Təkcə enerji sahəsində yaranmış zərər 100 milyard avroya çatıb?

Dünya
01 noyabr 2026 576 baxış
Birmingemdə futbol matçından sonra baş verən silahlı insident araşdırılır

Birmingemdə futbol matçından sonra baş verən silahlı insident araşdırılır

Dünya
01 noyabr 2026 576 baxış
Aİ-də təbii qaz problemi | "Köhnə qitə" qışa necə hazırlaşır? - Baku TV

Aİ-də təbii qaz problemi | "Köhnə qitə" qışa necə hazırlaşır? - Baku TV

Dünya
01 noyabr 2026 576 baxış
Tehran Londonun kəşfiyyat və hərbi strukturlarına qarşı cavab addımı atıb

Tehran Londonun kəşfiyyat və hərbi strukturlarına qarşı cavab addımı atıb

Dünya
01 noyabr 2026 576 baxış
Kiyev və Moskva liderlərinin mümkün görüşü üçün hazırlıqlar gedir? - Baku TV CANLI

Kiyev və Moskva liderlərinin mümkün görüşü üçün hazırlıqlar gedir? - Baku TV CANLI

Dünya
01 noyabr 2026 576 baxış
Rusiya yenidən kütləvi pilotsuz uçuş aparatı hücumunun hədəfinə çevrilib - Baku TV CANLI

Rusiya yenidən kütləvi pilotsuz uçuş aparatı hücumunun hədəfinə çevrilib - Baku TV CANLI

Dünya
01 noyabr 2026 576 baxış
Seçilmişlər
icon