ABŞ-də gərginlik getdikcə artır | Tramp administrasiyası məhkəməyə verildi
Kaliforniyada etirazların dördüncü günüdür, vəziyyət hələ də gərgin olaraq qalır.
ABŞ Prezidenti Donald Tramp etirazları yatırmaq məqsədilə Los-Anceles bölgəsinə Milli Qvardiyanın daha 2 min əsgəri və 700 Hərbi Dəniz Piyadasının göndərilməsini təsdiqləyib.
Kaliforniya qubernatoru Qavin Nyusom isə Milli Qvardiya Qüvvələrinin onun icazəsi olmadan yerləşdirilməsinə görə D.Tramp Administrasiyasını məhkəməyə verib və indi Hərbi Dəniz Piyadalarının göndərilməsinə görə də eyni addımı atmaqla hədələyir.
“ABC News”un məlumatına görə, Federal Təhqiqatlar Bürosu keçirilən etiraz aksiyası zamanı polis və hüquq-mühafizə orqanlarının avtomobillərinə daş atdığı üçün axtarışda olan şəxsi müəyyənləşdirib. Büro şübhəli haqqında məlumat verənə 50 000 dollara qədər mükafat təklif edir ki, bu da onun həbs və mühakiməsini tezləşdirə bilər. Axtarışda olan şəxs hüquq-mühafizə orqanlarının avtomobillərinə daş atıb, bir federal məmuru yaralayıb və hökumət maşınlarına ziyan vurub.
ABŞ-nin Florida, Boston, Massaçusets və Texas ştatlarında da kütləvi deportasiyaya qarşı etirazlar başlayıb.
#ABŞ teqi istifadə olunub
- Kuba ABŞ-ni BMT-dəki səsverməyə müdaxilə etməkdə ittiham edib
- SEPAH-dan kritik bəyanat | ABŞ-nin regional bazaları da hədəf olacaq? - Baku TV CANLI
- Ukraynanın taleyi Sankt-Peterburqda müzakirə olunur
- Ukraynanın taleyi Sankt-Peterburqda müzakirə olunur - Baku TV
- Pezeşkian Vaşinqtona nə dedi? | Yaxın Şərqdə vəziyyət gərginləşir - Baku TV CANLI
