Pleyeri seçin:
ABŞ-də minlərlə insan evlərini tərk etməli oldu
ABŞ-nin Kaliforniya ştatında tüğyan edən fırtına nəticəsində azı üç nəfər ölüb, onlarla insan xəsarət alıb.
Ştatın cənubunda küləyin sürəti saniyədə 40 metrə çatıb. Yağışlı hava hökm sürür.
Kaliforniyanın şimalında isə güclü qar yağır. Əlverişsiz hava şəraiti səbəbindən Milad gecəsi ərəfəsində ştatda 110 mindən çox abonent elektriksiz qalıb.
Kaliforniya qubernatoru Los-Ancelesdə və ətraf ərazilərdə fövqəladə vəziyyət elan edib. Təbii fəlakət nəticəsində minlərlə insan evlərini tərk etmək məcburiyyətində qalıb.
Rəsmilərin verdiyi məlumata əsasən, qeyri-sabit havanın bir neçə gün davam edəcəyi gözlənilir.
Kopyalandı
#ABŞ teqi istifadə olunub
- Liderlərin kritik görüşü diplomatik münasibətlərə yeni impuls verir - Baku TV
- Liderlər Mayamidə razılığa gələ biləcəklər? - Ərdoğanla müzakirədə diqqətçəkən detal - Baku TV
- Üçtərəfli görüş üçün yeni ünvan | Tərəflər yenidən masaya qayıda bilər - Baku TV
- Əbu-Dabidə üçtərəfli görüş keçirilə bilər
- ABŞ-nin Əbu-Dabidə təklif etdiyi üçtərəfli texniki görüş nə vaxt keçirilə bilər? - Baku TV CANLI
