Pleyeri seçin:

ABŞ-də müvəqqəti statuslu miqrantlara müraciət - Baku TV

29 iyun 2026 131 baxış

ABŞ-də müvəqqəti qorunan status əsasında yaşayan miqrantlar daimi yaşayış icazəsi almağa çalışmalı və ya ölkəni tərk etməlidirlər.

Bu barədə ABŞ-nin daxili təhlükəsizlik naziri Markueyn Mullin CNN telekanalına müsahibəsində bildirib.

Nazirin sözlərinə görə, müvəqqəti status daimi yaşamaq hüququ vermir: “Ya daimi status almaq üçün sənədlərinizi hazırlayın, ya da biz sizə öz ölkənizə qayıtmaqda kömək edəcəyik. Hətta təyyarə bileti və yenidən məskunlaşmaq üçün təxminən 2100 dollar vəsait də təqdim edəcəyik”.

M.Mullinin açıqlaması ABŞ Ali Məhkəməsinin ötən həftə Donald Tramp administrasiyasına yüzminlərlə Haiti və Suriya vətəndaşının müvəqqəti qorunan statusunu ləğv etməyə icazə verən qərarından sonra səsləndirilib.

ABŞ qanunvericiliyinə əsasən, müharibə, təbii fəlakət və ya digər fövqəladə şəraitdən qaçan şəxslərə müvəqqəti yaşayış statusu verilə bilər. ABŞ Haiti vətəndaşlarına ilk dəfə 2010-cu ildə baş verən dağıdıcı zəlzələdən sonra, Suriya vətəndaşlarına isə 2012-ci ildə ölkədə vətəndaş müharibəsi başladıqdan sonra bu statusu təqdim etmişdi.

Bununla belə, kütləvi deportasiya planları ABŞ-də mübahisələrə səbəb olub. Ohayo ştatının qubernatoru Mayk DəUayn bildirib ki, Haitiyə qayıdış hazırda təhlükəsiz deyil və bu insanların ölkədən çıxarılması ştatın iqtisadiyyatına, xüsusilə səhiyyə sektoruna ciddi zərbə vura bilər.

“Çox vaxt sizin Alzheimer xəstəsi olan valideyninizə və ya qocalar evindəki yaxınlarınıza qulluq edənlər məhz haitililərdir. Onların hamısını çıxarmaq öz maraqlarımıza uyğun deyil”, – deyə qubernator vurğulayıb.

Qeyd edək ki, ABŞ Dövlət Departamenti hazırda həm Haiti, həm də Suriyaya səfərlərlə bağlı təhlükəsizlik xəbərdarlıqlarını qüvvədə saxlayır.

#ABŞ Daxili İşlər Nazirliyi teqi istifadə olunub

Hörmüzdə razılaşma üçün son mərhələ

Hörmüzdə razılaşma üçün son mərhələ

Dünya
05 avqust 2026 131 baxış
Məscid atəşə tutulub, ölən və yaralananlar var

Məscid atəşə tutulub, ölən və yaralananlar var

Dünya
05 avqust 2026 131 baxış
Qvatemalada Fueqo vulkanı püskürdü

Qvatemalada Fueqo vulkanı püskürdü

Dünya
05 avqust 2026 131 baxış
Rusiya-Ukrayna müharibəsi yeni mərhələyə keçir?

Rusiya-Ukrayna müharibəsi yeni mərhələyə keçir?

Dünya
05 avqust 2026 131 baxış
Kiyevə atılan ballistik raketin qarşısını almaq mümkün olmadı - Baku TV

Kiyevə atılan ballistik raketin qarşısını almaq mümkün olmadı - Baku TV

Dünya
05 avqust 2026 131 baxış
Rusiyanın Kiyevə raket zərbələri ağır nəticələr verdi - Baku TV CANLI

Rusiyanın Kiyevə raket zərbələri ağır nəticələr verdi - Baku TV CANLI

Dünya
05 avqust 2026 131 baxış
ABŞ İrana yenidən hücuma keçəcək? | Trampın taktiki gedişinə Tehranın reaksiyası - Baku TV

ABŞ İrana yenidən hücuma keçəcək? | Trampın taktiki gedişinə Tehranın reaksiyası - Baku TV

Dünya
05 avqust 2026 131 baxış
Hücumlar güclənir | “Patriot” çatışmazlığı Ukraynanı hansı plana vadar etdi? - Baku TV

Hücumlar güclənir | “Patriot” çatışmazlığı Ukraynanı hansı plana vadar etdi? - Baku TV

Dünya
05 avqust 2026 131 baxış
ABŞ-Çin münasibətlərində gərginlik daha da artır - Baku TV CANLI

ABŞ-Çin münasibətlərində gərginlik daha da artır - Baku TV CANLI

Dünya
05 avqust 2026 131 baxış
Avropada çaylar quruyur, xəbərdarlıq səviyyələri qırmızıya qaldırılıb

Avropada çaylar quruyur, xəbərdarlıq səviyyələri qırmızıya qaldırılıb

Dünya
05 avqust 2026 131 baxış
Seçilmişlər
icon