Pleyeri seçin:

ABŞ-də yüzlərlə insan saxlanılan türk qadına görə küçələrə axışdı

27 mart 2025 149 baxış

Türkiyə vətəndaşı və ABŞ-də “Fulbright” təqaüd proqramı ilə doktorantura təhsili alan Rumeysa Öztürk ölkənin federal hüquq-mühafizə orqanları tərəfindən saxlanılıb.

Yerli medianın yaydığı məlumata görə, Öztürk İsrailin Qəzzadakı hərbi əməliyyatlarını tənqid etdiyi məqaləsi əsas gətirilərək saxlanılıb.

Saxlanılma prosesi ABŞ İmmiqrasiya və Gömrük Təhlükəsizliyinin əməkdaşları tərəfindən həyata keçirilib, onun Öztürkün ABŞ vizası ləğv edilib.

Rumeysa Öztürkün saxlanılmasından sonra onun vəkili və təhsil aldığı universitet rəhbərliyi tələbədən xəbər ala bilmədiklərini açıqlayıblar.

Bütün bunlara cavab olaraq tələbənin yaşadığı Massaçusets ştatında insanlar Öztürkün azad olunması üçün küçələrə axışıblar. ABŞ senatoru Elizabet Uorren də Türkiyəli tələbənin saxlanılmasına etiraz edib. O, hazırkı hökumətin tələbələri hədəf aldığını və bunun insanların söz azadlığının pozulması olduğunu vurğulayıb.

Lakin ABŞ İmmiqrasiya və Gömrük Təhlükəsizliyindən verilən açıqlamada Trampın əmri ilə həyata keçirilən addıma bir daha haqq qazandırılıb.

Qeyd edək ki, bu, Vaşinqtonun atdığı ilk belə addım deyil. Cəmi bir neçə gün əvvəl ABŞ-də təhsil alan iranlı tələbə də saxlanılıb.

Görünən mənzərə onu deməyə əsas verir ki, demokratiyanın beşiyi hesab olunan ABŞ artıq azadlığın sütunlarını öz əlləri ilə dağıtmağa başlayıb. Son günlərdə onlarla tələbənin İsrail əleyhinə fikirlərinə görə həbsi bunu sübut edir. Onu da qeyd edək ki, Tramp hökumətinin müsəlman ölkələrindən gələn şəxsləri xüsusi olaraq hədəf alması da gözlərdən yayınmır.

Kopyalandı
NATO-nun hava sipəri böyüyür | Danimarka hərəkətə keçdi

NATO-nun hava sipəri böyüyür | Danimarka hərəkətə keçdi

Dünya
06 dekabr 2025 149 baxış
Ukrayna şəhərlərində kabus dolu anlar | Rusiya Ordusu hücumda

Ukrayna şəhərlərində kabus dolu anlar | Rusiya Ordusu hücumda

Dünya
06 dekabr 2025 149 baxış
Rəsmi Moskva bundan narahatdır | Andrey Kelin hansı məqamlara toxundu?  - Baku TV CANLI

Rəsmi Moskva bundan narahatdır | Andrey Kelin hansı məqamlara toxundu? - Baku TV CANLI

Dünya
06 dekabr 2025 149 baxış
Çernobıl hadisəsi təkrarlana bilər | Agentlikdən xəbərdarlıq  - Baku TV CANLI

Çernobıl hadisəsi təkrarlana bilər | Agentlikdən xəbərdarlıq - Baku TV CANLI

Dünya
06 dekabr 2025 149 baxış
ABŞ-Ukrayna birgə iqtisadi təşəbbüsləri nəzərdən keçirilib

ABŞ-Ukrayna birgə iqtisadi təşəbbüsləri nəzərdən keçirilib

Dünya
06 dekabr 2025 149 baxış
Ekipaj üzvləri evakuasiya tələb edirlər | Bolqarıstanın cənubunda...

Ekipaj üzvləri evakuasiya tələb edirlər | Bolqarıstanın cənubunda...

Dünya
06 dekabr 2025 149 baxış
Torpaq sürüşməsi və daşqınlar zamanı 2700 nəfər... | İndoneziya

Torpaq sürüşməsi və daşqınlar zamanı 2700 nəfər... | İndoneziya

Dünya
06 dekabr 2025 149 baxış
Hərbi xidmətlə bağlı yeni qanun layihəsi narazılıqlara səbəb oldu

Hərbi xidmətlə bağlı yeni qanun layihəsi narazılıqlara səbəb oldu

Dünya
06 dekabr 2025 149 baxış
Hansı ölkələr “Avroviziya 2026”da iştirak etməyəcək?

Hansı ölkələr “Avroviziya 2026”da iştirak etməyəcək?

Dünya
06 dekabr 2025 149 baxış
ABŞ Prezidentindən iddialı açıqlama | "Heç kim bunu etməmişdi" - Baku TV

ABŞ Prezidentindən iddialı açıqlama | "Heç kim bunu etməmişdi" - Baku TV

Dünya
06 dekabr 2025 149 baxış
Seçilmişlər
icon