Pleyeri seçin:

ABŞ-dən Ermənistana pis xəbər | Trampın qayıdışı ilə yer yerindən oynayacaq

26 noyabr 2024 556 baxış

“ABŞ Ermənistana dəstəyi kəskin şəkildə azalda bilər, xüsusən də Amerikanın erməni icmasının son prezident seçkilərində demokratların namizədi Kamala Harrisi dəstəklədiyini nəzərə alsaq”.

Bu sözləri Stenford Universitetinin professoru, beynəlxalq məsələlər üzrə ekspert Artur Xaçikyan “Sputnik”ə açıqlamasında deyib.

O bildirib ki, artıq bütün dünyada milli-vətənpərvər qüvvələr qalib gəlir, lakin indiki Ermənistan hakimiyyəti qlobal siyasi prosesləri başa düşmür və neoliberal ideyaları təbliğə davam edir.

Onun sözlərinə görə, neoliberalizm ABŞ iqtisadiyyatının çökməsinə gətirib çıxarıb, ştatlar identikliyini itirib, ölkə ağır miqrasiya vəziyyəti ilə üz-üzə qalıb: “ABŞ-də Bayden administrasiyasının Çin siyasətinin yanlış olduğunu da başa düşürlər. Xüsusilə, demokratlar əmin idilər ki, çinlilər varlanmaq imkanı olduğu halda “amerikalı” ola bilərlər. Lakin onların xarici siyasəti uğursuz oldu: Çin ayağa qalxdı və ABŞ üçün ən böyük təhlükəyə çevrildi”.

A.Xaçikyan erməni diasporunun Kamala Harrisi dəstəkləməyinin Ermənistana təsirsiz ötüşməyəcəyini vurğulayıb: “Donald Trampın yeni administrasiyasından Ermənistana pis xəbərim var: yeni komandanın Ermənistana qarşı ciddi münasibəti yoxdur. Bax, Ermənistanın Vaşinqtondan aldığı mesaj budur: Baş nazir Paşinyanı qlobalist sayırlar, uduzan Kamala Harrisi dəstəkləyən şəxs hesab edirlər. Onu Vaşinqtonda heç kim gözləmir. Diasporumuzun nümayəndələri isə Tramp administrasiyasında qəbul edilmir, çünki biz yenə səhv hesabladıq”.

O, Ermənistanın özünü təcrid vəziyyətinə sala biləcəyindən, xüsusən də Tramp administrasiyasına azərbaycanlı lobbiçilərin daxil olması şansından ehtiyat etdiyini xatırladıb: “İndi də ABŞ-də erməni tərəfinin nümayəndələri sağa-sola qaçır, kiminləsə əlaqə saxlamağa, görüşməyə can atırlar, amma onları qəbul etmirlər”.

Avropa İttifaqı və Ukrayna xəttində razılaşdırılmayan məqamlar var - Baku TV

Avropa İttifaqı və Ukrayna xəttində razılaşdırılmayan məqamlar var - Baku TV

Dünya
26 sentyabr 2026 556 baxış
Liderlərin kritik görüşü diplomatik münasibətlərə yeni impuls verir - Baku TV

Liderlərin kritik görüşü diplomatik münasibətlərə yeni impuls verir - Baku TV

Dünya
26 sentyabr 2026 556 baxış
Kiyevdə dəhşətli anlar | Hücum nəticəsində ölənlər və yaralananlar var - Baku TV

Kiyevdə dəhşətli anlar | Hücum nəticəsində ölənlər və yaralananlar var - Baku TV

Dünya
26 sentyabr 2026 556 baxış
Polşa-Rusiya xəttində kritik saatlar | Hərbi təyyarələr havaya qaldırıldı - Baku TV

Polşa-Rusiya xəttində kritik saatlar | Hərbi təyyarələr havaya qaldırıldı - Baku TV

Dünya
26 sentyabr 2026 556 baxış
Liderlər Mayamidə razılığa gələ biləcəklər? - Ərdoğanla müzakirədə diqqətçəkən detal - Baku TV

Liderlər Mayamidə razılığa gələ biləcəklər? - Ərdoğanla müzakirədə diqqətçəkən detal - Baku TV

Dünya
26 sentyabr 2026 556 baxış
"Hər şey gözlənilmədən oldu" | Kiyevdə mülki şəxslər arasında itkilər var - Baku TV

"Hər şey gözlənilmədən oldu" | Kiyevdə mülki şəxslər arasında itkilər var - Baku TV

Dünya
26 sentyabr 2026 556 baxış
Avropa İttifaqı ilə Ukrayna arasındakı münasibətlər niyə soyuyub? - Baku TV CANLI

Avropa İttifaqı ilə Ukrayna arasındakı münasibətlər niyə soyuyub? - Baku TV CANLI

Dünya
25 sentyabr 2026 556 baxış
Üçtərəfli görüş üçün yeni ünvan | Tərəflər yenidən masaya qayıda bilər - Baku TV

Üçtərəfli görüş üçün yeni ünvan | Tərəflər yenidən masaya qayıda bilər - Baku TV

Dünya
25 sentyabr 2026 556 baxış
Əbu-Dabidə üçtərəfli görüş keçirilə bilər

Əbu-Dabidə üçtərəfli görüş keçirilə bilər

Dünya
25 sentyabr 2026 556 baxış
ABŞ-nin Əbu-Dabidə təklif etdiyi üçtərəfli texniki görüş nə vaxt keçirilə bilər? - Baku TV CANLI

ABŞ-nin Əbu-Dabidə təklif etdiyi üçtərəfli texniki görüş nə vaxt keçirilə bilər? - Baku TV CANLI

Dünya
25 sentyabr 2026 556 baxış
Seçilmişlər
icon