ABŞ dənizdə əməliyyat keçirdi | Narkotik dolu sualtı qayıq məhv edildi
Yeniliklərdən dərhal xəbərdar olun
Prezident Donald Tramp ABŞ-yə gələn narkotik daşıyan sualtı qayığın məhv edildiyini açıqlayıb.
Bu barədə o, “Truth Social”da paylaşım edib.
ABŞ lideri sualtı qayıqda dörd nəfərin olduğunu, onlardan ikisinin sağ qaldığını bildirib. Sağ qalanlar Ekvador və Kolumbiyada məhkəmə qarşısına çıxarılacaqlar.
“ABŞ-yə gələn çox böyük sayda narkotik vasitə daşıyan sualtı qayığı məhv etmək böyük şərəf idi. Amerika kəşfiyyatı bu gəminin ilk növbədə fentanil və digər qadağan olunmuş narkotiklərlə yükləndiyini təsdiqləyib. Əgər mən bu sualtı qayığın sahilə yan almasına icazə versəydim, azı 25 min amerikalı həlak olardı”, – deyə Prezident yazıb.
Bundan əvvəl Tramp Ağ Evdə ukraynalı həmkarı Volodimir Zelenski ilə görüşündə ABŞ-nin Karib dənizində narkotik daşıyan sualtı qayığa hücum etdiyini bildirmişdi.
#Donald Tramp teqi istifadə olunub
- Tramp İranla müharibə zamanı ABŞ-nin qoruduğu ölkələrdən ödəniş tələb etdi - Baku TV
- Trampdan sərt çıxış: İran müharibəsinin xərclərini kim ödəyəcək? - Baku TV CANLI
- Vaşinqton-Tehran arasında son şans? | Ərdoğan Trampa nə çağırış etdi? - Baku TV
- Demokratlar Ukraynaya 15 milyard yönləndirə biləcək? - Baku TV
- Tramp Ukraynanın sərhədlərinin dəyişəcəyinə işarə edir?
