ABŞ hökumətindən "Azadlıq Radiosu" barədə qərar | Sərəncamın detalları
“Azad Avropa/Azadlıq Radiosu” Media Korporasiyası ABŞ hökumətindən maliyyələşdirmənin dayandırılmasına dair sənədin alınmasını təsdiqləyib.
Bu barədə korporasiyanın prezidenti Stiven Kapus müvafiq bəyanat yayıb.
ABŞ Prezidenti Donald Tramp martın 14-də ABŞ hökumətinin Qlobal Media Agentliyinin və digər hökumət strukturlarının fəaliyyət dairəsinin əhəmiyyətli dərəcədə azaldılması haqqında sərəncam imzalayıb.
Agentliyin məktubunda “Azadlıq radiosu”nu maliyyələşdirən ABŞ Konqresinin təsdiq etdiyi qrantın dayandırılmasından bəhs edilib.
Qeyd edək ki, fevral ayında Hökumətin Effektivliyi Ofisinə rəhbərlik edən İlon Mask ABŞ hökumətini “Azadlıq Radiosu” media korporasiyası və “Amerikanın Səsi” radiostansiyasını maliyyələşdirməyi dayandırmağa çağırıb.
#ABŞ teqi istifadə olunub
- Sülh sazişindən sonra Rusiya ilə iqtisadi münasibətlər necə dəyişəcək? - Baku TV CANLI
- Tehran seçkilərdən sonra gərginliyin artacağını gözləyir
- Tehran Vaşinqtona Hörmüz boğazı ilə bağlı yeni təklif göndərdi
- Rəngarəng yürüş mərhumların xatirəsinə həsr edilib
- İran ABŞ-nin Fars körfəzində hərbi fəaliyyətinə görə sərt xəbərdarlıq edib - Baku TV CANLI
