ABŞ lideri Bondinin fəaliyyəti ilə bağlı narazılığını ifadə edib
Yeniliklərdən dərhal xəbərdar olun
ABŞ Prezidenti Donald Tramp ölkənin ədliyyə naziri, baş prokuroru vəzifəsində çalışan Pem Bondinin işdən çıxarılması məsələsini nəzərdən keçirir.
"The New York Times" bildirir ki, Amerika xəbər verir ki, ABŞ lideri son günlər Bondinin fəaliyyəti ilə bağlı narazılığını ifadə edib.
Məlumata görə, Tramp onu hazırda ABŞ Ətraf Mühitin Mühafizəsi Agentliyinə rəhbərlik edən Li Zeldinlə əvəz etməyi təklif edib.
Qeyd olunur ki, Prezidentin narazılığına səbəb Ədliyyə Nazirliyinin maliyyəçi Ceffri Epşteyn işi ilə bağlı sənədlərin açıqlanması prosesinə yanaşmasıdır. Bildirilib ki, Bondinin vəzifədən azad olunması ilə bağlı hələ yekun qərar qəbul edilməyib.
Məlumata görə, 2026-cı il yanvarın 30-da ABŞ Ədliyyə Nazirliyi Epşteyn işi üzrə 3 milyondan çox səhifə sənəd, 2 mindən artıq video və 180 min fotoşəkli ictimaiyyətə təqdim edib.
#Donald Tramp teqi istifadə olunub
- Tramp İranla müharibə zamanı ABŞ-nin qoruduğu ölkələrdən ödəniş tələb etdi - Baku TV
- Trampdan sərt çıxış: İran müharibəsinin xərclərini kim ödəyəcək? - Baku TV CANLI
- Vaşinqton-Tehran arasında son şans? | Ərdoğan Trampa nə çağırış etdi? - Baku TV
- Demokratlar Ukraynaya 15 milyard yönləndirə biləcək? - Baku TV
- Tramp Ukraynanın sərhədlərinin dəyişəcəyinə işarə edir?
