Pleyeri seçin:

ABŞ-nin bu addımı vəziyyəti daha da gərginləşdirdi | Mdinaradzedən reaksiya

17 sentyabr 2024 348 baxış

ABŞ insan haqlarının pozulmasında iştirak etdiyi iddia edilən 4 Gürcüstan vətəndaşına qarşı sanksiyalar tətbiq edib.

Bu barədə Dövlət Departamentinin Mətbuat Xidmətinin yaydığı məlumatda deyilir.

Sənəddən məlum olur ki, sanksiya siyahısına Gürcüstan Daxili İşlər Nazirliyinin xüsusi tapşırıqlar üzrə departamentinin rəhbəri Zviad Xarazişvili, onun müavinlərindən biri və ciddi insan hüquqları pozuntularında iştirak etdiyi iddia edilən iki məmur daxildir.

Bundan əlavə, bəyanatda qeyd olunduğu kimi, ABŞ yüksəkvəzifəli məmurlar, sahibkarlar, hüquq-mühafizə orqanlarının əməkdaşları və qanunvericilər daxil olmaqla, 60-dan çox Gürcüstan vətəndaşı və onların ailə üzvləri üçün viza məhdudiyyətləri tətbiq edir.

Sanksiya siyahısına daxil edilmək ABŞ-dəki aktivlərin dondurulması və ABŞ vətəndaşları və şirkətlərinin bu işdə iştirak edənlərlə iş aparmasının qadağan edilməsi deməkdir.

“ABŞ-nin Gürcüstan Daxili İşlər Nazirliyinin nümayəndələrinə və digər şəxslərə qarşı tətbiq etdiyi sanksiyalar ölkədə oktyabrın 26-da keçiriləcək parlament seçkisinə müdaxilədir”.

Bunu hakim Gürcü Arzusu – Demokratik Gürcüstan Partiyasının icraçı katibi Mamuka Mdinaradze mətbuat konfransında bildirib.

“Bu, bir tərəfdən polisə, digər tərəfdən gürcü xalqının seçiminə və iradəsinə təsir etmək cəhdidir. Bu, Gürcüstan seçkisinə müdaxilədir”, – deyə M.Mdinaradze vurğulayıb.

Siyasətçinin sözlərinə görə, seçki yaxınlaşdıqca partiya ABŞ-dən daha sərt sanksiyalar və bəyanatlar gözləyir.

Banner
Marko Rubio İranın hazırkı tələblərini "qeyri-ciddi" adlandırdı - Baku TV CANLI

Marko Rubio İranın hazırkı tələblərini "qeyri-ciddi" adlandırdı - Baku TV CANLI

Dünya
10 noyabr 2026 348 baxış
Konkret plan hazırlanıb?

Konkret plan hazırlanıb?

Dünya
10 noyabr 2026 348 baxış
Zelenski Vaşinqtonun və Avropanın mövqeyi ilə bağlı şübhələrini açıqladı - Baku TV CANLI

Zelenski Vaşinqtonun və Avropanın mövqeyi ilə bağlı şübhələrini açıqladı - Baku TV CANLI

Dünya
10 noyabr 2026 348 baxış
Əbu-Dabidəki danışıqlar müharibənin taleyini dəyişə bilərmi? - Baku TV

Əbu-Dabidəki danışıqlar müharibənin taleyini dəyişə bilərmi? - Baku TV

Dünya
10 noyabr 2026 348 baxış
Hökumət dəyişsə, müharibə siyasəti də dəyişəcəkmi? - AKTUAL GÜNDƏM

Hökumət dəyişsə, müharibə siyasəti də dəyişəcəkmi? - AKTUAL GÜNDƏM

Dünya
10 noyabr 2026 348 baxış
Rusiyalı rəsmilər İsrailə niyə gedib?

Rusiyalı rəsmilər İsrailə niyə gedib?

Dünya
10 noyabr 2026 348 baxış
Rusiya raketlərinin izi ilə: Ukrayna kosmosdan nəzarəti necə təmin edəcək? - Baku TV CANLI

Rusiya raketlərinin izi ilə: Ukrayna kosmosdan nəzarəti necə təmin edəcək? - Baku TV CANLI

Dünya
10 noyabr 2026 348 baxış
Netanyahu yeni hökumətə rəhbərlik etmək istəyir

Netanyahu yeni hökumətə rəhbərlik etmək istəyir

Dünya
10 noyabr 2026 348 baxış
“Şəhərin mərkəzində belə şey olar?!” | Çirkab suları sakinləri təngə gətirdi - Baku TV

“Şəhərin mərkəzində belə şey olar?!” | Çirkab suları sakinləri təngə gətirdi - Baku TV

Dünya
10 noyabr 2026 348 baxış
“Mübarizə qızışacaq” | Toqquşan maraqlar: 7 saatlıq görüşün pərdəarxası məqamları - Baku TV

“Mübarizə qızışacaq” | Toqquşan maraqlar: 7 saatlıq görüşün pərdəarxası məqamları - Baku TV

Dünya
10 noyabr 2026 348 baxış
Seçilmişlər
icon