ABŞ-nin hipersəs silahlarına və müasir qanadlı raketlərə qarşı müdafiəsi yoxdur?
ABŞ hazırda hipersəs silahları və müasir qanadlı raketlərə qarşı effektiv müdafiə sistemlərinə malik deyil.
Bu barədə ABŞ müdafiə nazirinin kosmik siyasət üzrə köməkçisi Mark Berkovitz Senatın Silahlı Qüvvələr Komitəsində keçirilən dinləmələr zamanı açıqlama verib.
Onun sözlərinə görə, ABŞ-nin mövcud müdafiə sistemi olduqca məhduddur və əsasən Şimali Koreyadan gələ biləcək kiçikmiqyaslı hücumların qarşısını almaq üçün nəzərdə tutulub.
Berkovitz qeyd edib ki, ölkənin digər ballistik raket hücumlarına qarşı imkanları da kifayət qədər zəifdir.
“Hazırda hipersəs silahları və müasir qanadlı raketlərə qarşı müdafiə vasitələrimiz yoxdur”, – deyə o vurğulayıb.
Qeyd edək ki, ABŞ-də yeni nəsil raketdən müdafiə sistemi olan “Qızıl günbəz” proqramı çərçivəsində bu sahədə imkanların genişləndirilməsi nəzərdən keçirilir.
#ABŞ teqi istifadə olunub
- ABŞ-də dizelin bir qallonu tarixdə ilk dəfə 6,50 dollara yüksəlib - Baku TV
- Tramp-Pezeşkian görüşü ABŞ-İran münasibətlərində yeni səhifə aça bilərmi? - Baku TV
- Təhlükəli gərginlik: ABŞ təzyiqi artırır, Rusiya geri addım atmır - AKTUAL GÜNDƏM
- Qətərli nazir ABŞ-nin açıqlamasını tamamilə yanlış hesab etdiyini bildirib
- İranın irəli sürdüyü tələblərlə Vaşinqton razılaşacaqmı?
