Pleyeri seçin:

ABŞ-nin şərtləri Avropanın canına qorxu saldı | “Köhnə qitə”nin taleyi sual altındadır

18 aprel 2025 611 baxış

Çin ticarət tarifləri ilə bağlı ABŞ ilə danışıqlara hazırdır. Lakin rəsmi Pekin əvvəlcə ABŞ Prezidenti Donald Tramp Administrasiyasından daha çox ehtiram görmək istəyir.

Bu barədə “Bloomberg” məlumat yayıb.

Bu şərt D.Tramp Administrasiyası tərəfindən Çin haqqında aşağılayıcı ifadələrin azaldılmasını nəzərdə tutur. D.Trampın sərt bəyanatları onun da Çin barədə eyni fikirdə olduğu təəssüratını yaradır.

Pekindən verilən açıqlamadan aydın olur ki, Çin rəhbərliyi D.Trampdan konkret addımlar gözləyir. Əsas şərt isə artırılmış rüsumların aşağı salınması və ticarət savaşının yekunlaşdırılmasıdır. Sadəcə Vaşinqtonun da bununla bağlı öz şərtləri var.

Belə ki, Çin ABŞ-nin qonşuları və Avropa ilə ticarət aktivliyini azaltmalıdır. Bu isə ABŞ ilə qonşu olan ölkələr üçün yaxşı heç nə vəd etmir. Kanada, Meksika və Panama son zamanlar Çin ilə sıx iqtisadi əlaqələr qurub. Bu onların ABŞ-dən müstəqil güclü iqtisadi sistem qurmasına zəmin yaradır. Hər üç dövlət Çinin dəstəyi olmadan D.Trampın təzyiqləri qarşısında ayaq üstə qala bilməzdi.

Nəzərə almaq lazımdır ki, D.Trampın öz qonşuları, xüsusilə də Kanadaya qarşı çox ciddi ərazi iddiaları var. Çinlə iqtisadi razılaşma Avropanın da iqtisadi tənəzzülünün başlanğıcı ola bilər. Avropa İttifaqı da vəziyyətin yaxşı heç nə vəd etmədiyini görür və ABŞ-yə qarşı cavab tədbirləri hazırlayır.

İspaniya Baş naziri Pedro Sançesin Çinə səfəri və əməkdaşlıq əlaqələrinin genişləndirilməsi barədə apardığı danışıqlar da sığorta xarakterlidir. Çünki o, Si Cinpini məlumatlandırıb ki, Avropa İttifaqı da Çinlə əməkdaşlığı gücləndirmək niyyətindədir.

Almaniya da Çinlə əlaqələri genişləndirib. Amma Çin ABŞ ilə ortaq məxrəcə gələ bilsə, köhnə qitə çətin vəziyyətdə qalacaq. Daha dəqiq desək, Avropanın ABŞ-dən asılılığı artacaq.

Banner
Marko Rubio İranın hazırkı tələblərini "qeyri-ciddi" adlandırdı - Baku TV CANLI

Marko Rubio İranın hazırkı tələblərini "qeyri-ciddi" adlandırdı - Baku TV CANLI

Dünya
10 noyabr 2026 611 baxış
Konkret plan hazırlanıb?

Konkret plan hazırlanıb?

Dünya
10 noyabr 2026 611 baxış
Zelenski Vaşinqtonun və Avropanın mövqeyi ilə bağlı şübhələrini açıqladı - Baku TV CANLI

Zelenski Vaşinqtonun və Avropanın mövqeyi ilə bağlı şübhələrini açıqladı - Baku TV CANLI

Dünya
10 noyabr 2026 611 baxış
Əbu-Dabidəki danışıqlar müharibənin taleyini dəyişə bilərmi? - Baku TV

Əbu-Dabidəki danışıqlar müharibənin taleyini dəyişə bilərmi? - Baku TV

Dünya
10 noyabr 2026 611 baxış
Hökumət dəyişsə, müharibə siyasəti də dəyişəcəkmi? - AKTUAL GÜNDƏM

Hökumət dəyişsə, müharibə siyasəti də dəyişəcəkmi? - AKTUAL GÜNDƏM

Dünya
10 noyabr 2026 611 baxış
Rusiyalı rəsmilər İsrailə niyə gedib?

Rusiyalı rəsmilər İsrailə niyə gedib?

Dünya
10 noyabr 2026 611 baxış
Rusiya raketlərinin izi ilə: Ukrayna kosmosdan nəzarəti necə təmin edəcək? - Baku TV CANLI

Rusiya raketlərinin izi ilə: Ukrayna kosmosdan nəzarəti necə təmin edəcək? - Baku TV CANLI

Dünya
10 noyabr 2026 611 baxış
Netanyahu yeni hökumətə rəhbərlik etmək istəyir

Netanyahu yeni hökumətə rəhbərlik etmək istəyir

Dünya
10 noyabr 2026 611 baxış
“Şəhərin mərkəzində belə şey olar?!” | Çirkab suları sakinləri təngə gətirdi - Baku TV

“Şəhərin mərkəzində belə şey olar?!” | Çirkab suları sakinləri təngə gətirdi - Baku TV

Dünya
10 noyabr 2026 611 baxış
“Mübarizə qızışacaq” | Toqquşan maraqlar: 7 saatlıq görüşün pərdəarxası məqamları - Baku TV

“Mübarizə qızışacaq” | Toqquşan maraqlar: 7 saatlıq görüşün pərdəarxası məqamları - Baku TV

Dünya
10 noyabr 2026 611 baxış
Seçilmişlər
icon