Pleyeri seçin:

ABŞ-nin yeni mövqeyi Britaniya ilə münasibətlərə necə təsir göstərəcək? - Baku TV

30 avqust 2026 204 baxış

ABŞ London müdafiə xərclərini artırmasa, Böyük Britaniyanı Malvin – Folklend adalarının mənsubiyyəti məsələsində mövqeyinə yenidən baxmaqla hədələyə bilər.

Bu barədə "Telegraph" qəzeti yüksəkvəzifəli amerikalı məmura istinadən yazıb.

Nəşrin məlumatına görə, Vaşinqton rəsmi olaraq neytral mövqe tutur və arxipelaq üzərində nə Böyük Britaniyanın, nə də Argentinanın suverenliyini tanıyır. Bununla belə, ABŞ adaların faktiki olaraq Britaniya tərəfindən idarə edilməsini qəbul edir.

Vurğulanır ki, Pentaqon NATO ölkələrini müdafiə xərclərinin artırılması ilə bağlı öhdəliklərini yerinə yetirməyə təşviq etmək üçün tədbirlər hazırlayır.

Qəzetin həmsöhbəti bildirib ki, Vaşinqton Böyük Britaniyanı hərbi sahədə ABŞ-nin potensial aparıcı tərəfdaşı hesab edir. Lakin məmurun sözlərinə görə, Londonun iyun ayında müdafiə investisiyaların artırılması ilə bağlı açıqladığı planlar hələlik ABŞ tərəfini tam qane etmir.

O bu vəziyyət fonunda ABŞ-nin Folklend adaları ilə bağlı mövqeyinə yenidən baxa biləcəyini istisna etməyib.

Qeyd edək ki, Malvin adaları Argentina ilə Böyük Britaniya arasında mübahisəli ərazidir. 1982-ci ildə ölkələr arasında Argentina tərəfinin məğlubiyyəti ilə nəticələnən silahlı münaqişə baş verib. 2013-cü ildə adaların sakinləri Böyük Britaniyanın dənizaşırı ərazisi statusunun lehinə səs veriblər. Səsvermədə seçicilərin 99,8 faizi bu statusu dəstəkləyib. 

Banner
Avropa İttifaqında təbii qaz dünyada ən çox bahalaşan əmtəə oldu

Avropa İttifaqında təbii qaz dünyada ən çox bahalaşan əmtəə oldu

Dünya
01 noyabr 2026 204 baxış
Türkiyədə sosial şəbəkələrə yaş məhdudiyyəti

Türkiyədə sosial şəbəkələrə yaş məhdudiyyəti

Dünya
01 noyabr 2026 204 baxış
Ankara hərəkətə keçdi

Ankara hərəkətə keçdi

Dünya
01 noyabr 2026 204 baxış
Rusiyanın böyük neft emalı zavodu hücuma məruz qaldı

Rusiyanın böyük neft emalı zavodu hücuma məruz qaldı

Dünya
01 noyabr 2026 204 baxış
Təkcə enerji sahəsində yaranmış zərər 100 milyard avroya çatıb?

Təkcə enerji sahəsində yaranmış zərər 100 milyard avroya çatıb?

Dünya
01 noyabr 2026 204 baxış
Birmingemdə futbol matçından sonra baş verən silahlı insident araşdırılır

Birmingemdə futbol matçından sonra baş verən silahlı insident araşdırılır

Dünya
01 noyabr 2026 204 baxış
Aİ-də təbii qaz problemi | "Köhnə qitə" qışa necə hazırlaşır? - Baku TV

Aİ-də təbii qaz problemi | "Köhnə qitə" qışa necə hazırlaşır? - Baku TV

Dünya
01 noyabr 2026 204 baxış
Tehran Londonun kəşfiyyat və hərbi strukturlarına qarşı cavab addımı atıb

Tehran Londonun kəşfiyyat və hərbi strukturlarına qarşı cavab addımı atıb

Dünya
01 noyabr 2026 204 baxış
Kiyev və Moskva liderlərinin mümkün görüşü üçün hazırlıqlar gedir? - Baku TV CANLI

Kiyev və Moskva liderlərinin mümkün görüşü üçün hazırlıqlar gedir? - Baku TV CANLI

Dünya
01 noyabr 2026 204 baxış
Rusiya yenidən kütləvi pilotsuz uçuş aparatı hücumunun hədəfinə çevrilib - Baku TV CANLI

Rusiya yenidən kütləvi pilotsuz uçuş aparatı hücumunun hədəfinə çevrilib - Baku TV CANLI

Dünya
01 noyabr 2026 204 baxış
Seçilmişlər
icon