Pleyeri seçin:

ABŞ Tayvana mümkün 14 milyard dollarlıq silah satışını dayandırıb

22 may 2026 436 baxış

ABŞ Tayvana mümkün 14 milyard dollarlıq silah satışını müvəqqəti dayandırıb.

Bu barədə ABŞ Hərbi Dəniz Qüvvələrinin müvəqqəti rəhbəri Hanq Kao Senatın Təxsisat Komitəsində keçirilən dinləmələr zamanı bildirib.

Onun sözlərinə görə, qərar ABŞ-nin İrana qarşı həyata keçirdiyi “Epik Qəzəb” əməliyyatı üçün həmin silahlara ehtiyac yaranması ilə əlaqədardır.

“Biz Tayvana müəyyən silah satışlarını təmin etmişik. Lakin hazırda bu prosesi dayandırmışıq ki, əməliyyat üçün kifayət qədər silahımızın olduğuna əmin olaq. Bizdə kifayət qədər ehtiyat var, sadəcə lazım olan hər şeyin mövcudluğunu dəqiqləşdiririk”, – Hanq Kao deyib.

O əlavə edib ki, ABŞ administrasiyası zəruri hesab etdiyi halda xarici ölkələrə silah tədarükü davam etdiriləcək.

Bundan əvvəl ABŞ Prezidenti Donald Tramp Tayvan administrasiyasının rəhbəri Lay Tsinde ilə mümkün silah sövdələşməsini müzakirə etmək üçün telefon danışığı aparacağını açıqlamışdı. Bu, son 40 ildən çox müddətdə tərəflər arasında ilk belə birbaşa təmas ola bilər.

Tramp ötən həftə Çinə etdiyi dövlət səfərindən sonra bildirib ki, Çin Prezidenti Si Cinpinlə Tayvana 14 milyard dollarlıq ABŞ silahlarının mümkün satışı məsələsini müzakirə edib. Bununla yanaşı, o bu barədə hələ yekun qərar vermədiyini vurğulayıb.

ABŞ lideri həmçinin Tayvanın Çindən müstəqilliyini elan etməsi səbəbindən Vaşinqtonun Pekinlə müharibəyə girməsini istəmədiyini qeyd edib.

Banner
Marko Rubio İranın hazırkı tələblərini "qeyri-ciddi" adlandırdı - Baku TV CANLI

Marko Rubio İranın hazırkı tələblərini "qeyri-ciddi" adlandırdı - Baku TV CANLI

Dünya
10 noyabr 2026 436 baxış
Konkret plan hazırlanıb?

Konkret plan hazırlanıb?

Dünya
10 noyabr 2026 436 baxış
Zelenski Vaşinqtonun və Avropanın mövqeyi ilə bağlı şübhələrini açıqladı - Baku TV CANLI

Zelenski Vaşinqtonun və Avropanın mövqeyi ilə bağlı şübhələrini açıqladı - Baku TV CANLI

Dünya
10 noyabr 2026 436 baxış
Əbu-Dabidəki danışıqlar müharibənin taleyini dəyişə bilərmi? - Baku TV

Əbu-Dabidəki danışıqlar müharibənin taleyini dəyişə bilərmi? - Baku TV

Dünya
10 noyabr 2026 436 baxış
Hökumət dəyişsə, müharibə siyasəti də dəyişəcəkmi? - AKTUAL GÜNDƏM

Hökumət dəyişsə, müharibə siyasəti də dəyişəcəkmi? - AKTUAL GÜNDƏM

Dünya
10 noyabr 2026 436 baxış
Rusiyalı rəsmilər İsrailə niyə gedib?

Rusiyalı rəsmilər İsrailə niyə gedib?

Dünya
10 noyabr 2026 436 baxış
Rusiya raketlərinin izi ilə: Ukrayna kosmosdan nəzarəti necə təmin edəcək? - Baku TV CANLI

Rusiya raketlərinin izi ilə: Ukrayna kosmosdan nəzarəti necə təmin edəcək? - Baku TV CANLI

Dünya
10 noyabr 2026 436 baxış
Netanyahu yeni hökumətə rəhbərlik etmək istəyir

Netanyahu yeni hökumətə rəhbərlik etmək istəyir

Dünya
10 noyabr 2026 436 baxış
“Şəhərin mərkəzində belə şey olar?!” | Çirkab suları sakinləri təngə gətirdi - Baku TV

“Şəhərin mərkəzində belə şey olar?!” | Çirkab suları sakinləri təngə gətirdi - Baku TV

Dünya
10 noyabr 2026 436 baxış
“Mübarizə qızışacaq” | Toqquşan maraqlar: 7 saatlıq görüşün pərdəarxası məqamları - Baku TV

“Mübarizə qızışacaq” | Toqquşan maraqlar: 7 saatlıq görüşün pərdəarxası məqamları - Baku TV

Dünya
10 noyabr 2026 436 baxış
Seçilmişlər
icon