Pleyeri seçin:

ABŞ və İsrailin Suriya barədə qalmaqallı planı | Mənbic Türkiyə üçün niyə önəmlidir?

12 dekabr 2024 359 baxış

Türkiyənin dəstək verdiyi Suriya Milli Ordusunun son əməliyyatları və qazandığı strateji uğurlar Ankaranın əlini gücləndirir.

Mənbicin Azad Suriya Ordusu tərəfindən PKK-nın törəmələri olan YPG / PYD qruplarından təmizlənməsi və burada nəzarəti bərpa etməsi Türkiyənin sərhəd təhlükəsizliyi baxımından önəmlidir.

ABŞ və İsrail faktiki olaraq bu qruplara dəstək verir və Suriyada kürd muxtariyyətinin yaradılmasına çalışır. Mənbic 2016-cı ildə ABŞ-nin dəstəyi ilə PYD-nin nəzarətinə keçib. Təşkilatın rəhbəri Salih Müslümün Türkiyə əlehinə verdiyi açıqlamalar, PKK ilə açıq əlaqələr qurması Türkiyədə narahatlıq yaratmışdı. Həmin vaxt Vaşinqton Ankaranın sərt reaksiyası ilə üzləşdi və Mənbici azad edəcəyinə söz verdi. Lakin ABŞ sözünün üstündə durmadı. Onun Türkiyəyə qarşı bu davranışını 2019-cu ildə Rusiya da təkrarladı.

Ümumiyyətlə, hər nə qədər Rusiya və Türkiyə Suriyada müttəfiqlik qurmaq üçün anlaşsalar da, elə hamısı kağız üzərində qaldı. İndi Türkiyə bu işi müttəfiq qruplaşma vasitəsilə həyata keçirir. Mənbicin itirilməsi PYD/YPG üçün böyük problemlər yaradır.

Qruplaşma Fərat çayının şərq sahillərində strateji mövqelərini itirdi. Radikal kürd qruplar artıq Fəratın qərbində mövqe tutmağa məcbur olacaqlar. Əvəzində isə Türkiyə Fəratın şərqində möhkəmləndi. Bu da Ankaraya Suriyada gələcək əməliyyatlar üçün böyük üstünlük gətirəcək. Eyni zamanda Türkiyə bununla PKK və onun törəmələrinə ciddi psixoloji zərbə də vurmuş oldu.

ABŞ PYD / YPG-yə dəstək versə belə Mənbicin itirilməsi Türkiyəyə bu qrupu tez bir zamanda məhv etməyə imkan verir. Mənbicin nəzarət altına alınması təkcə PKK və onun törəmələri ilə mübarizə üçün deyil, həmçinin ABŞ və İsrailin reallaşdırmaq istədiyi “Kürd dəhlizi”nin də qarşısını almaq yolunda ciddi önəm daşıyırdı.

İraqdan Aralıq dənizinə qədər qurulması nəzərdə tutulan “Kürd dəhlizi” planı Əsəd rejiminin devrilməsindən sonra öz aktuallığını daha da artırmışdı. Xüsusilə, Rusiyanın hərbi bazalarını regiondan çıxarması prosesi gücləndirirdi. ABŞ 2017-ci ildən bu dəhlizin qurulmasına çalışır və son günlər baş verən proseslərin fonunda işini daha da sürətləndirmişdi.

Mənbicin YPG / PYD-nin əlindən çıxması bu dəhlizin açılmasını çətinə saldı və ABŞ-nin Suriyadakı planını alt-üst etdi. Bu əməliyyat həmçinin Türkiyənin Suriyanın gələcəyi ilə bağlı əsas söz sahiblərindən biri olmasına səbəb olacaq.

Ankara masada öz əlini gücləndirir. PKK və onun törəmələrinə qarşı əməliyyatlar genişləndikcə Türkiyə həm Suriya, həm də İraqda daha güclü hala gələcək.

Hörmüz boğazı İrana ildə 40 milyard dollar qazandıra bilər - Baku TV

Hörmüz boğazı İrana ildə 40 milyard dollar qazandıra bilər - Baku TV

Dünya
26 iyun 2026 359 baxış
Zelenski Putinin dediyini etməsə, müharibə daha da şiddətlənəcək? - Baku TV CANLI

Zelenski Putinin dediyini etməsə, müharibə daha da şiddətlənəcək? - Baku TV CANLI

Dünya
26 iyun 2026 359 baxış
Avropadan Moskvaya qarşı sərt addım | Sanksiyaların müddəti uzadıldı - Baku TV

Avropadan Moskvaya qarşı sərt addım | Sanksiyaların müddəti uzadıldı - Baku TV

Dünya
26 iyun 2026 359 baxış
Moskvaya qarşı 40 günlük xüsusi əməliyyat planı | Kiyevə sərt zərbələr - Baku TV

Moskvaya qarşı 40 günlük xüsusi əməliyyat planı | Kiyevə sərt zərbələr - Baku TV

Dünya
26 iyun 2026 359 baxış
Alyaskada prezidentlərin razılaşmaları "dəfn edilib"? - 24 SAAT

Alyaskada prezidentlərin razılaşmaları "dəfn edilib"? - 24 SAAT

Dünya
26 iyun 2026 359 baxış
Yaponiya, Britaniya və İtaliyaya yeni tərəfdaş | Ottava yeni hərbi bloka qatılır? - Baku TV

Yaponiya, Britaniya və İtaliyaya yeni tərəfdaş | Ottava yeni hərbi bloka qatılır? - Baku TV

Dünya
26 iyun 2026 359 baxış
Tramp fikrini niyə dəyişdi? | Rusiyanın növbəti həmləsi nə olacaq? - Baku TV

Tramp fikrini niyə dəyişdi? | Rusiyanın növbəti həmləsi nə olacaq? - Baku TV

Dünya
26 iyun 2026 359 baxış
ABŞ-İran sazişi İsrailin uzun illərdir qurduğu strategiyanı pozur - Baku TV

ABŞ-İran sazişi İsrailin uzun illərdir qurduğu strategiyanı pozur - Baku TV

Dünya
26 iyun 2026 359 baxış
Tramp Ərdoğanı seçdi: Türkiyə Avrasiyanın əsas aktoruna çevrilir? - AKTUAL GÜNDƏM

Tramp Ərdoğanı seçdi: Türkiyə Avrasiyanın əsas aktoruna çevrilir? - AKTUAL GÜNDƏM

Dünya
25 iyun 2026 359 baxış
Bu ittifaq parçalanmağa doğru gedir? | Ermənistanın Baş naziri nələr dedi? - ANA XƏBƏR

Bu ittifaq parçalanmağa doğru gedir? | Ermənistanın Baş naziri nələr dedi? - ANA XƏBƏR

Dünya
25 iyun 2026 359 baxış
Seçilmişlər
icon