Pleyeri seçin:

Ağ Ev rəhbəri 12 milyard dollarlıq maliyyə yardımı ayrıldığını elan edib

09 dekabr 2025 642 baxış

“ABŞ Prezident Administrasiyası amerikalı fermerlərə 12 milyard dollar məbləğində maliyyə yardımı ayırıb”.

Bunu ABŞ lideri Donald Tramp Ağ Evdə kənd təsərrüfatı sahəsinin nümayəndələri ilə görüşdə bildirib.

O qeyd edib ki, hökumət bu yolla digər dövlətlərə qarşı tətbiq edilən rüsumlardan əldə olunan vəsaitin kiçik bir hissəsini istifadə edir.

“Biz bu vəsaitləri amerikalı fermerlərə 12 milyard dollar iqtisadi yardım göstərmək üçün istifadə edirik”, – deyə o vurğulayıb.

Tramp əlavə edib ki, Çin və Yaponiya da daxil olmaqla, bir sıra ölkələr ABŞ-dən kənd təsərrüfatı məhsullarının idxalını artırmağa razılıq verib.

“Reuters” və “Bloomberg” agentlikləri daha əvvəl Ağ Ev nümayəndəsinə istinadən məlumat yayıb ki, sözügedən plan digər ölkələrə qarşı Vaşinqtonun tətbiq etdiyi rüsumlar və onların cavab tədbirləri səbəbindən zərər görən amerikalı kənd təsərrüfatı istehsalçılarını dəstəkləməyə yönəlib.

Qeyd edək ki, xüsusilə Çin ticarət mübahisələri səbəbindən ABŞ-dən soya paxlası idxalını azaltdığı üçün amerikalı istehsalçılar milyardlarla dollar itkiyə məruz qalıblar.

Banner
Marko Rubio İranın hazırkı tələblərini "qeyri-ciddi" adlandırdı - Baku TV CANLI

Marko Rubio İranın hazırkı tələblərini "qeyri-ciddi" adlandırdı - Baku TV CANLI

Dünya
10 noyabr 2026 642 baxış
Konkret plan hazırlanıb?

Konkret plan hazırlanıb?

Dünya
10 noyabr 2026 642 baxış
Zelenski Vaşinqtonun və Avropanın mövqeyi ilə bağlı şübhələrini açıqladı - Baku TV CANLI

Zelenski Vaşinqtonun və Avropanın mövqeyi ilə bağlı şübhələrini açıqladı - Baku TV CANLI

Dünya
10 noyabr 2026 642 baxış
Əbu-Dabidəki danışıqlar müharibənin taleyini dəyişə bilərmi? - Baku TV

Əbu-Dabidəki danışıqlar müharibənin taleyini dəyişə bilərmi? - Baku TV

Dünya
10 noyabr 2026 642 baxış
Hökumət dəyişsə, müharibə siyasəti də dəyişəcəkmi? - AKTUAL GÜNDƏM

Hökumət dəyişsə, müharibə siyasəti də dəyişəcəkmi? - AKTUAL GÜNDƏM

Dünya
10 noyabr 2026 642 baxış
Rusiyalı rəsmilər İsrailə niyə gedib?

Rusiyalı rəsmilər İsrailə niyə gedib?

Dünya
10 noyabr 2026 642 baxış
Rusiya raketlərinin izi ilə: Ukrayna kosmosdan nəzarəti necə təmin edəcək? - Baku TV CANLI

Rusiya raketlərinin izi ilə: Ukrayna kosmosdan nəzarəti necə təmin edəcək? - Baku TV CANLI

Dünya
10 noyabr 2026 642 baxış
Netanyahu yeni hökumətə rəhbərlik etmək istəyir

Netanyahu yeni hökumətə rəhbərlik etmək istəyir

Dünya
10 noyabr 2026 642 baxış
“Şəhərin mərkəzində belə şey olar?!” | Çirkab suları sakinləri təngə gətirdi - Baku TV

“Şəhərin mərkəzində belə şey olar?!” | Çirkab suları sakinləri təngə gətirdi - Baku TV

Dünya
10 noyabr 2026 642 baxış
“Mübarizə qızışacaq” | Toqquşan maraqlar: 7 saatlıq görüşün pərdəarxası məqamları - Baku TV

“Mübarizə qızışacaq” | Toqquşan maraqlar: 7 saatlıq görüşün pərdəarxası məqamları - Baku TV

Dünya
10 noyabr 2026 642 baxış
Seçilmişlər
icon