Pleyeri seçin:

Ağlasığmaz üsullarla sui-qəsdə qurban gedən dünya liderləri

16 iyul 2024 611 baxış

ABŞ-də prezidentliyə namizəd, sabiq prezident Donald Trampın sui-qəsdə məruz qalması siyasi liderlərə qarşı silahlı hücumları yenidən gündəmə gətirib. Tramp bu cür hücuma məruz qalan ilk lider deyil. Milyarder siyasətçinin bəxti gətirdi, yüngül yara alaraq bu hücumdan sağ qurtula bildi. Lakin sui-qəsdə məruz qalıb tale üzünə gülməyən, öldürülən kifayət qədər siyasətçi var.

1865-ci ilin aprelin 14 -də prezident Avraam Linkoln teatrda “Bizim amerikalı əmioğlumuz” tamaşasına baxarkən aktyor Con Uilks But tərəfindən qətlə yetirilib.

ABŞ-nin 35-ci prezidenti Con Kennedi 1963-cü il noyabrın 22-də Dallasda sui-qəsd nəticəsində həlak olub. Sui-qəsdin icraçısı kimi tutulan Li Harvi Osvald həbsdə olarkən Cek Rubi tərəfindən öldürülüb.

Hindistanın ilk və yeganə qadın Baş naziri İndira Qandi sui-qəsd nəticəsində öldürülən liderlər arasındadır. Qandi 1984-cü il oktyabrın 31-də sinqhlərə məxsus "Qızıl məbəd"ə hərbi basqın əmrini verdiyi üçün iki sinqh mühafizəçisi tərəfindən güllələnərək öldürülüb.

Nepal Kralı Birendra 2001-ci ildə qardaşı Şahzadə Dipendra tərəfindən qətlə yetirilib. Belə ki, iyunun 1-də axşam yeməyində spirtli içki qəbul edən şahzadə sərxoş vəziyyətdə ailəsini MP5 markalı avtomatla güllələyib. Birendranın həmin vaxt hadisə yerində olmayan kiçik qardaşı Qyanendradan başqa kral ailəsinin demək olar ki, bütün üzvləri öldürülüb. Faciəyə səbəb kimi kral ailəsinin Şahzadə Dipendranın 10 ildən çox görüşdüyü Devyani Rana adlı qadınla evlənməsinə qarşı olmaları göstərilir.

Pakistanın ilk qadın Baş naziri olan Benazir Bhutto 2007-ci ilin oktyabrında məruz qaldığı birinci sui-qəsd cəhdindən iki ay sonra – dekabrın 27-də Ravalpindi şəhərində terror aktının qurbanı olub.

Banner
Avropa İttifaqında təbii qaz dünyada ən çox bahalaşan əmtəə oldu

Avropa İttifaqında təbii qaz dünyada ən çox bahalaşan əmtəə oldu

Dünya
01 noyabr 2026 611 baxış
Türkiyədə sosial şəbəkələrə yaş məhdudiyyəti

Türkiyədə sosial şəbəkələrə yaş məhdudiyyəti

Dünya
01 noyabr 2026 611 baxış
Ankara hərəkətə keçdi

Ankara hərəkətə keçdi

Dünya
01 noyabr 2026 611 baxış
Rusiyanın böyük neft emalı zavodu hücuma məruz qaldı

Rusiyanın böyük neft emalı zavodu hücuma məruz qaldı

Dünya
01 noyabr 2026 611 baxış
Təkcə enerji sahəsində yaranmış zərər 100 milyard avroya çatıb?

Təkcə enerji sahəsində yaranmış zərər 100 milyard avroya çatıb?

Dünya
01 noyabr 2026 611 baxış
Birmingemdə futbol matçından sonra baş verən silahlı insident araşdırılır

Birmingemdə futbol matçından sonra baş verən silahlı insident araşdırılır

Dünya
01 noyabr 2026 611 baxış
Aİ-də təbii qaz problemi | "Köhnə qitə" qışa necə hazırlaşır? - Baku TV

Aİ-də təbii qaz problemi | "Köhnə qitə" qışa necə hazırlaşır? - Baku TV

Dünya
01 noyabr 2026 611 baxış
Tehran Londonun kəşfiyyat və hərbi strukturlarına qarşı cavab addımı atıb

Tehran Londonun kəşfiyyat və hərbi strukturlarına qarşı cavab addımı atıb

Dünya
01 noyabr 2026 611 baxış
Kiyev və Moskva liderlərinin mümkün görüşü üçün hazırlıqlar gedir? - Baku TV CANLI

Kiyev və Moskva liderlərinin mümkün görüşü üçün hazırlıqlar gedir? - Baku TV CANLI

Dünya
01 noyabr 2026 611 baxış
Rusiya yenidən kütləvi pilotsuz uçuş aparatı hücumunun hədəfinə çevrilib - Baku TV CANLI

Rusiya yenidən kütləvi pilotsuz uçuş aparatı hücumunun hədəfinə çevrilib - Baku TV CANLI

Dünya
01 noyabr 2026 611 baxış
Seçilmişlər
icon