Aİ komissarı açıq danışdı | Ukrayna qarşısında hansı şərt qoyuldu? - Baku TV
"Ukrayna Avropa İttifaqının 90 milyard avroluq kredit proqramı çərçivəsində növbəti maliyyə paketlərini əldə etmək üçün vergi islahatı həyata keçirməlidir".
Bunu Brüsseldə keçirilən Avropa İttifaqının iqtisadiyyat və maliyyə məsələləri üzrə Şurasının iclasından sonra Avropa İttifaqının İqtisadi Məsələlər üzrə Komissarı Valdis Dombrovskis bildirib.
Onun sözlərinə görə, bu tələb Kiyevə maliyyə ayrılması üçün şərtlər siyahısına daxil ediləcək, lakin detallar və icra müddətləri hələ tərəflər arasında müzakirə olunur.
Avropalılar hesab edirlər ki, Ukrayna hazırda öz büdcəsini doldurmaq üçün daxili gəlirləri maksimum səviyyədə səfərbər etməlidir.
"Biz hələ də Ukrayna hakimiyyəti ilə makromaliyyə yardım proqramımızın əsasını təşkil edən şərtlərlə bağlı danışıqların çox irəliləmiş mərhələsindəyik", – deyə V.Dombrovskis bildirib.
Qeyd edək ki, Avropa İttifaqı tərəfindən Ukraynaya 2026-2027-ci illər üçün nəzərdə tutulan 90 milyard avro həcmində maliyyə yardımı ölkənin iqtisadi sabitliyinin qorunması, eləcə də bərpasına yönəlib.
#Avropa İttifaqı teqi istifadə olunub
- Avropa Britaniyaya qapılarını açacaq? - Qalmaqallı ayrılıqdan sonra nələr olacaq? - Baku TV
- Endi Börnhem Britaniyanın niyə Avropa İttifaqına qayıtmaq istədiyini dedi - Baku TV CANLI
- Enerji və Orta Dəhliz tərəfdaşlığın əsas istiqamətlərinə çevrilir - Baku TV
- Londonun Avropa ilə gələcək münasibətləri üçün yeni variantlar hazırlanır? - Baku TV
- Britaniyanın Avropa İttifaqına qayıtması ehtimalına Makron müsbət münasibət bildirib
