Pleyeri seçin:

Aİ-nin Ali Məhkəməsi apellyasiya şikayətini rədd edib

06 iyul 2026 324 baxış

Avropa İttifaqının Ali Məhkəməsi "Google" şirkətinin 4,125 milyard avro məbləğindəki antimonopoliya cəriməsi ilə bağlı verdiyi apellyasiya şikayətini rədd edib. Bununla da Avropa Komissiyasının texnologiya nəhənginə qarşı apardığı ən böyük araşdırmalardan biri üzrə qərar qəti olaraq qüvvədə saxlanılıb.

Məhkəmə Avropa Komissiyasının "Google"un "Android" əməliyyat sistemi ilə işləyən smartfon istehsalçılarını və mobil operatorları məhdudlaşdıraraq bazardakı dominant mövqeyindən sui-istifadə etməsi barədə gəldiyi nəticələri təsdiqləyib.

Tənzimləyici qurumun rəyinə görə, bu addımlar "Google Search" axtarış sistemi və "Chrome" brauzerinin bazardakı üstünlüyünü qoruyub saxlamağa yönəlib.

Xatırladaq ki, 2018-ci ildə Avropa Komissiyası şirkətə ilkin olaraq 4,34 milyard avro məbləğində cərimə kəsmişdi. 2022-ci ildə Aİ-nin Ümumi Məhkəməsi bu məbləği 4,125 milyard avroya endirsə də, indi ali məhkəmə instansiyası həmin qərarı dəyişməz saxlayıb. "Google" rəsmiləri məhkəmənin qərarı ilə razılaşmadıqlarını bəyan ediblər. Şirkətdən bildirilib ki, bu qərar "Android"in açıq, uyğunlaşa bilən və ödənişsiz əməliyyat sistemi kimi inkişafına qoyulan böyük investisiyaları nəzərə almır. Həmçinin "Google" Avropa Komissiyasının 2018-ci il qərarından sonra qarşıya qoyulan bütün tələbləri yerinə yetirdiyini xatırladıb.

Banner
İtaliyada nə baş verir? | Aksiyaların miqyası genişlənir - Baku TV CANLI

İtaliyada nə baş verir? | Aksiyaların miqyası genişlənir - Baku TV CANLI

Dünya
22 oktyabr 2026 324 baxış
Netanyahudan Tehranla bağlı açıqlama | Yaxın Şərqdə vəziyyət gərginləşir - Baku TV CANLI

Netanyahudan Tehranla bağlı açıqlama | Yaxın Şərqdə vəziyyət gərginləşir - Baku TV CANLI

Dünya
22 oktyabr 2026 324 baxış
Ukrayna böyük geosiyasi razılaşmanın qurbanına çevrilir? - AKTUAL GÜNDƏM

Ukrayna böyük geosiyasi razılaşmanın qurbanına çevrilir? - AKTUAL GÜNDƏM

Dünya
22 oktyabr 2026 324 baxış
Kuba ABŞ-ni BMT-dəki səsverməyə müdaxilə etməkdə ittiham edib

Kuba ABŞ-ni BMT-dəki səsverməyə müdaxilə etməkdə ittiham edib

Dünya
22 oktyabr 2026 324 baxış
SEPAH-dan kritik bəyanat | ABŞ-nin regional bazaları da hədəf olacaq? - Baku TV CANLI

SEPAH-dan kritik bəyanat | ABŞ-nin regional bazaları da hədəf olacaq? - Baku TV CANLI

Dünya
22 oktyabr 2026 324 baxış
Vaşinqton və Təl-Əviv Tehran üçün nə hazırlayır? - Baku TV CANLI

Vaşinqton və Təl-Əviv Tehran üçün nə hazırlayır? - Baku TV CANLI

Dünya
22 oktyabr 2026 324 baxış
Davam edən etirazlar fonunda Fransa hökuməti daha gərgin günlərə hazırlaşır - Baku TV

Davam edən etirazlar fonunda Fransa hökuməti daha gərgin günlərə hazırlaşır - Baku TV

Dünya
22 oktyabr 2026 324 baxış
"Uşaqların rifahına investisiya" sammitində təhsil və səhiyyəyə əlçatanlıq müzakirə edilir - Baku TV

"Uşaqların rifahına investisiya" sammitində təhsil və səhiyyəyə əlçatanlıq müzakirə edilir - Baku TV

Dünya
22 oktyabr 2026 324 baxış
Çökən binanın dağıntıları altından çıxarılan şəxslərdən biri xilas edilə bilməyib

Çökən binanın dağıntıları altından çıxarılan şəxslərdən biri xilas edilə bilməyib

Dünya
22 oktyabr 2026 324 baxış
Asteroid təhlükəsinə qarşı nüvə qurğularından istifadə ideyası yenidən diqqət mərkəzindədir

Asteroid təhlükəsinə qarşı nüvə qurğularından istifadə ideyası yenidən diqqət mərkəzindədir

Dünya
22 oktyabr 2026 324 baxış
Seçilmişlər
icon