Dünya
Pleyeri seçin:

Aİ-nin qərarını kimlər dəstəkləmədi? | Bu ölkələr narahatdır

18 oktyabr 2024

Avropa İttifaqı miqrasiya siyasətinə dəyişiklik etməyə və qeyri-leqal miqrantların Avrozona ərazisindən deportasiyasına hazırlaşır.

Aİ bu məqsədlə viza və ticarət sahəsi də daxil olmaqla bir sıra dəyişiklikləri nəzərdən keçirir. Məqsəd qeyri-leqal miqrantların ölkələrinə deportasiya prosesini sürətləndirməkdir.

Aİ Polşanın miqrantlara sığınacaq verilməsinin dayandırılması təklifini də dəstəkləyib. Tərəflər həmçinin qeyri-leqal miqrantların deportasiyasının sürətləndirilməsi üçün ixtisaslaşmış mərkəzlərin yaradılmasını da qərarlaşdırıb. Artıq İtaliyanın dəstəyi ilə belə mərkəzlərdən biri Albaniya ərazisində təsis olunub.

Müvafiq hesabatda qeyd olunub ki, ötən il ərzində müxtəlif ölkələrdən olan 484 min qeyri-leqal miqrantın Avropa İttifaqı ərazisindən çıxarılmasına qərar verilsə də, onların yalnız 20 faizi “qoca qitəni” tərk edib.

Avropa Komissiyasının Prezidenti Ursula fon Der Lyayen təklifə münasibət bildirərkən onu Rusiya və Belarusun hibrid xarakterli hücumlarına cavab adlandırıb.

Sözügedən qərarı dəstəkləməyənlər də var. Belə ki, Almaniya Kansleri Olaf Şolts bildirib ki, ölkə əhalisi sürətlə yaşlandığından bu qərar ölkədə işsizlik problemi ilə nəticələnməklə yanaşı, pensiya sistemi üçün ağır yükün yaranmasına səbəb olacaq.

İspaniyanın Baş naziri Pedro Sançes də miqrantlara qarşı tələblərin sərtləşdirilməsini əsassız sayıb. Onun sözlərinə görə, qərar Avrozonada təbii artım faizinin aşağı düşməsinə səbəb olacaq.

3 illik planın detalları | Rusiya və Çin arasında bu reallaşacaq?

3 illik planın detalları | Rusiya və Çin arasında bu reallaşacaq?

Dünya
22 noyabr 2024
Kriptovalyutanın kəskin bahalaşmasının səbəbi nədir?

Kriptovalyutanın kəskin bahalaşmasının səbəbi nədir?

Dünya
22 noyabr 2024
İsrail Ordusundan dəhşətə gətirən hücum | Çoxlu sayda ölənlər var

İsrail Ordusundan dəhşətə gətirən hücum | Çoxlu sayda ölənlər var

Dünya
22 noyabr 2024
Rusiya Prezidenti Kim Çen Inı unutmadı | Moskvadan Pxenyana nələr göndərildi?

Rusiya Prezidenti Kim Çen Inı unutmadı | Moskvadan Pxenyana nələr göndərildi?

Dünya
22 noyabr 2024
ABŞ-yə xəbərdarlıq etmişdik, amma... | Peskovdan ballistik raket hücumuna reaksiya

ABŞ-yə xəbərdarlıq etmişdik, amma... | Peskovdan ballistik raket hücumuna reaksiya

Dünya
22 noyabr 2024
ABŞ-nin Rusiyanı vurmaq icazəsi Trampla razılaşdırılıb? | Ukraynalı ekspertlərdən açıqlama

ABŞ-nin Rusiyanı vurmaq icazəsi Trampla razılaşdırılıb? | Ukraynalı ekspertlərdən açıqlama

Dünya
22 noyabr 2024
Pakistanda avtomobil karvanına hücum | Ölən və yaralananlar var

Pakistanda avtomobil karvanına hücum | Ölən və yaralananlar var

Dünya
22 noyabr 2024
Rusiya Prezidentindən xəbərdarlıq | Qətiyyətlə cavab verəcəyik

Rusiya Prezidentindən xəbərdarlıq | Qətiyyətlə cavab verəcəyik

Dünya
22 noyabr 2024
Bürclərlə bağlı unikal kəşf | Eramızdan əvvələ aid olan bu tapıntı nəyi göstərir?

Bürclərlə bağlı unikal kəşf | Eramızdan əvvələ aid olan bu tapıntı nəyi göstərir?

Dünya
21 noyabr 2024
Putindən xalqa təcili müraciət | Rusiyadan Ukraynaya cavab atəşi

Putindən xalqa təcili müraciət | Rusiyadan Ukraynaya cavab atəşi

Dünya
21 noyabr 2024
Seçilmişlər
icon