Aİ Rusiyaya qarşı indiyədək ən böyük sanksiyalar paketini təsdiqləməyə hazırlaşır - Baku TV
Yeniliklərdən dərhal xəbərdar olun
Avropa İttifaqı (Aİ) ölkələrinin xarici işlər nazirləri oktyabrın 12-də müharibənin başlanmasından bəri Rusiyaya qarşı ən böyük sanksiyalar paketini təsdiqləmək niyyətindədirlər.
Bu barədə Avropa diplomatiyasının rəhbəri Kaya Kallas "X" sosial şəbəkəsində bildirib.
Onun sözlərinə görə, Rusiyanın zərbələri iki gün ərzində Ukraynanın 80-dən çox dinc sakininin həyatına son qoyub.
"Rusiyaya dizel yanacağı ilə bağlı sanksiyaların dayandırılması Moskvanı müharibə aparmaq üçün əlavə gəlirlərlə təmin edəcək. İndi Rusiyaya qarşı təzyiqi zəiflətmək vaxtı deyil və Avropa bunu etməyəcək", – o vurğulayıb.
Qeyd edək ki, daha əvvəl ABŞ Prezidenti Donald Tramp məlumat vermişdi ki, Rusiya lideri Vladimir Putinlə telefon danışığının yekunlarına görə, Rusiyanın dizel yanacağının Amerika və dünya bazarlarına irimiqyaslı tədarükü barədə razılıq əldə olunub.
#Avropa İttifaqı teqi istifadə olunub
- İrəvandan xarici siyasət bəyanatı | Qərbə inteqrasiya hansı mərhələdədir? - Baku TV CANLI
- Hərbi təhlükəsizlikdə gərgin anlar | Paşinyan Moskvadan niyə aralanır? - Baku TV
- Berlin Ukraynaya maliyyə dəstəyi üçün vahid öhdəlik tələb edir
- Rusiya ilə mümkün razılaşma planı Avropa üçün gözlənilməz oldu | Brüsseldə təcili tədbir - Baku TV
- “Müharibənin davam etməsini istəyənlərin maraqlarına xidmət edir” | İtaliya Baş naziri
