Pleyeri seçin:

Alimlər dinozavrlarla bağlı yeni fakt ortaya çıxardı | Araşdırmanın detalları

07 noyabr 2024 593 baxış

Bir qrup alim ideal şəkildə qorunan dinozavr qalıqlarının vulkanik mənşəli olması ilə bağlı məşhur fərziyyəni alt-üst ediblər.

Məlumdur ki, Yixian Formasiyasında dinozavrların, quşların, məməlilərin, həşəratların və digər canlıların yaxşı qorunmuş unikal qalıqları mövcuddur. Digər yerlərdə tapılan skelet və parçalanmış fosillərdən fərqli olaraq, burada bir çox heyvanın daxili orqanları, üzərindəki lələkləri, pulcuqları, xəzləri və hətta mədə tərkibi demək olar ki, olduğu kimi qorunub saxlanılıb.

Bu da hər hansı bir qeyri-adi konservasiya prosesinin baş verdiyini göstərirdi.

ABŞ, Çin və Afirkadan olan alimlər qrupu bu iddianın həqiqət olub-olmadığını müəyyən etmək üçün araşdırma aparıblar. Elm adamları tədqiqatlarda kimyəvi aşındırıcı spektrometriyadan istifadə ediblər. Qeyd olunan üsul ətraf süxurlardan götürülmüş sirkon dənələrində radioaktiv uran və qurğuşun nisbətini yüksək dəqiqliklə ölçməyə, eləcə də tapıntıların tarixini müəyyən etməyə imkan verib.

Məlum olub ki, Yerin orbitində baş verən dəyişikliklər səbəbindən rütubətli iqlim formalaşıb və yağıntının miqdarı artıb. Onların fikrincə, cəsədlərin parçalanmadan, anaerob şəraitdə sürətlə basdırılmasına məhz bu amil təsir edib.

Mütəxəssislər əldə olunan məlumatları emal etdikdən sonra vulkanik laharlar və piroklastik axınlar fərziyyəsini təkzib ediblər. Onların sözlərinə görə, bu cür proseslər baş verdikdə qalıqlar məhv ola bilər. Amma Yixian Formasiyasının fosilləri daha sağlam və səliqəli formada qorunub saxlanılıb.

Kopyalandı
Ukrayna Luqansk istiqamətində əks-hücuma keçdi? - Baku TV CANLI

Ukrayna Luqansk istiqamətində əks-hücuma keçdi? - Baku TV CANLI

Dünya
16 sentyabr 2026 593 baxış
"İstəyirlər qalsınlar, istəyirlər getsinlər" | Alen Simonyan

"İstəyirlər qalsınlar, istəyirlər getsinlər" | Alen Simonyan

Dünya
16 sentyabr 2026 593 baxış
Ev tapşırığı yoxdur, təhsil pulsuzdur | Çoxlarının arzusunda olan bu ölkədə həyat necədir?

Ev tapşırığı yoxdur, təhsil pulsuzdur | Çoxlarının arzusunda olan bu ölkədə həyat necədir?

Dünya
16 sentyabr 2026 593 baxış
Ölkənin bir neft emalı zavoduna hər 3 gündən bir zərbə endirilir

Ölkənin bir neft emalı zavoduna hər 3 gündən bir zərbə endirilir

Dünya
16 sentyabr 2026 593 baxış
Hökumətlər yeni mənbələr axtarışındadır

Hökumətlər yeni mənbələr axtarışındadır

Dünya
16 sentyabr 2026 593 baxış
Avropanın üç ölkəsində keçirilən sorğudan diqqətçəkən nəticələr - Baku TV CANLI

Avropanın üç ölkəsində keçirilən sorğudan diqqətçəkən nəticələr - Baku TV CANLI

Dünya
16 sentyabr 2026 593 baxış
Sensasiya: Zelenskinin təyyarəsinə iki dəfə hücum cəhdi olub? - Baku TV CANLI

Sensasiya: Zelenskinin təyyarəsinə iki dəfə hücum cəhdi olub? - Baku TV CANLI

Dünya
16 sentyabr 2026 593 baxış
Şengen zonasına daxil olan 9 ölkə biometrik məlumatların toplanmasını hələlik tətbiq etməyəcək

Şengen zonasına daxil olan 9 ölkə biometrik məlumatların toplanmasını hələlik tətbiq etməyəcək

Dünya
16 sentyabr 2026 593 baxış
Alimlər Günəş sisteminin uzaq sərhədlərində 27 yeni kosmik obyekt müəyyən ediblər

Alimlər Günəş sisteminin uzaq sərhədlərində 27 yeni kosmik obyekt müəyyən ediblər

Dünya
16 sentyabr 2026 593 baxış
Alimlər Ay missiyalarının qarşısındakı əsas təhlükəni və mümkün maneələri açıqlayıblar

Alimlər Ay missiyalarının qarşısındakı əsas təhlükəni və mümkün maneələri açıqlayıblar

Dünya
16 sentyabr 2026 593 baxış
Seçilmişlər
icon