Pleyeri seçin:

Alimlərdən maraqlı araşdırma

28 aprel 2026 462 baxış

Qısamüddətli güclü isti təkcə insan orqanizminə deyil, gələcək nəsillərə də təsir göstərə bilər.

Araşdırmaya görə, istilik stresi genlərdə bir növ yaddaş yarada və bu təsir sonrakı nəsillərə ötürülə bilər. Nəticədə nəsillərin inkişafı sürətlənə, orqanizmin fəaliyyəti isə dəyişə bilər.

Tədqiqat meyvə milçəkləri üzərində aparılıb. Alimlər Finlandiyanın sərin iqlimindən və İspaniyanın isti bölgəsindən olan iki populyasiyanı müqayisə ediblər. Dişi milçəklər qısa müddət ərzində 37 dərəcə temperaturun təsirinə məruz qalıb. Nəticədə istilikdən qoruyan minlərlə gen aktivləşib.

Daha maraqlı məqam isə sonrakı mərhələdə üzə çıxıb: yüksək temperatura məruz qalmayan nəsillərdə də gen dəyişiklikləri müşahidə olunub. Xüsusilə, İspaniya populyasiyasında bu dəyişikliklər bir neçə nəsil boyunca davam edib. Belə milçəklərin nəsilləri daha sürətli inkişaf edib və erkən yetkinliyə çatıb.

Alimlər hesab edirlər ki, bu cür dəyişikliklər iqlim dəyişikliklərinə uyğunlaşmada mühüm rol oynaya bilər. Orqanizm yaşadığı təcrübəni DNT-ni dəyişmədən – epigenetik mexanizmlər vasitəsilə ötürə bilir.

Banner
Sülh sazişindən sonra Rusiya ilə iqtisadi münasibətlər necə dəyişəcək? - Baku TV CANLI

Sülh sazişindən sonra Rusiya ilə iqtisadi münasibətlər necə dəyişəcək? - Baku TV CANLI

Dünya
25 oktyabr 2026 462 baxış
Londondan müharibə xəbərdarlığı

Londondan müharibə xəbərdarlığı

Dünya
25 oktyabr 2026 462 baxış
Ukraynadan Rusiyanın hərbi hədəflərinə zərbələr

Ukraynadan Rusiyanın hərbi hədəflərinə zərbələr

Dünya
25 oktyabr 2026 462 baxış
Belqorodda yaşayış binaları və avtomobillər zərər gördü

Belqorodda yaşayış binaları və avtomobillər zərər gördü

Dünya
25 oktyabr 2026 462 baxış
Qütb buzlaqlarının əriməsi planetin ekvatorial qabarıqlığını azaldır

Qütb buzlaqlarının əriməsi planetin ekvatorial qabarıqlığını azaldır

Dünya
25 oktyabr 2026 462 baxış
Avropa sülh masasından kənarda qalır? - Baku TV CANLI

Avropa sülh masasından kənarda qalır? - Baku TV CANLI

Dünya
25 oktyabr 2026 462 baxış
Barselonada iğtişaşlar zamanı 100-ə yaxın şəxs saxlanılıb

Barselonada iğtişaşlar zamanı 100-ə yaxın şəxs saxlanılıb

Dünya
25 oktyabr 2026 462 baxış
Tehran seçkilərdən sonra gərginliyin artacağını gözləyir

Tehran seçkilərdən sonra gərginliyin artacağını gözləyir

Dünya
25 oktyabr 2026 462 baxış
Şirkət xərcləri azaltmaq üçün restrukturizasiyanı genişləndirir

Şirkət xərcləri azaltmaq üçün restrukturizasiyanı genişləndirir

Dünya
25 oktyabr 2026 462 baxış
İspaniyada baş verən kütləvi iğtişaşlar ciddi gərginliyə səbəb olub - Baku TV CANLI

İspaniyada baş verən kütləvi iğtişaşlar ciddi gərginliyə səbəb olub - Baku TV CANLI

Dünya
25 oktyabr 2026 462 baxış
Seçilmişlər
icon