Almaniya müdafiəni gücləndirir | Qadınlar da orduda iştirak edəcək?
Almaniya yaxın illərdə Bundesveri (silahlı qüvvələri) lazımi sayda hərbi qulluqçu ilə təmin edə bilməsə, məcburi hərbi çağırış sisteminə geri qayıtmağı planlaşdırır. Almaniyanın müdafiə naziri Boris Pistorius bildirib ki, hökumətin əsas hədəfi yaxın 8-10 il ərzində ordunun və ehtiyat qüvvələrin sayını 460 min nəfərə çatdırmaqdır.
2026-cı ildən etibarən İsveç modelinə bənzər yeni çağırış modelinin tətbiqi nəzərdə tutulur. Bu modelə əsasən, 2007-ci ildən sonra doğulmuş bütün gənclər xüsusi anketlər doldurmalı olacaqlar. Qadınlar isə orduda könüllü əsaslarla iştirak edə biləcəklər. Hazırda Almaniya ordusunda kadr çatışmazlığı müşahidə olunur (182 min nəfər xidmət edir, hədəf 203 mindir) və bu səbəbdən hərbi büdcənin 2026-cı ildə 82,7 milyard avroya çatdırılması planlaşdırılır.
#Almaniya teqi istifadə olunub
- Bir əldə F-35, bir əldə sanksiya: Vaşinqtonun Berlinlə bağlı planı nədir? - Baku TV
- Readmissiya olunan şəxslərin cəmiyyətə reinteqrasiyası təmin ediləcək - Baku TV
- Merts Avropanın Rusiyadan dizel yanacağı almayacağını bildirib
- Almaniyanın yaşıl enerji siyasəti Trampın tənqid hədəfinə çevrildi
- Tramp Almaniyanın yaşıl enerji siyasətini hədəfə aldı - Baku TV
