Almaniya səfirindən Gürcüstana atmaca | Bu qanunla siz Aİ-yə…
Almaniyanın Gürcüstandakı səfiri Peter Fişer bildirib ki, Gürcüstanın ən böyük donorlarından biri olan Almaniya da Avropa Birliyinə üzvlüyün dayandırılması fonunda Gürcüstanla münasibətləri nəzərdən keçirir.
“Biz Gürcüstan qarşısında yeni öhdəliklər götürməmək qərarına gəldik... Gələcək tədbirləri nəzərdən keçiririk”, – səfir deyib.
O qeyd edib ki, baş verənlər “çox kədərlidir”, çünki iki ölkə arasında münasibətlər həmişə “dərin və geniş” olub və Almaniya ABŞ ilə birlikdə həmişə Gürcüstanın inkişafı üçün ən böyük donorlardan biri olub.
“Bir çox amillər var. O cümlədən sözdə Avropa standartlarına uyğun gəlməyən şəffaflıq qanunu. Bu qanunla siz Avropa Birliyinə daxil ola bilməzsiniz. 30 il dost idik, birdən məlum oldu ki, faşist, terrorçu olduq, ortaq belə ritorika ilə danışmaz. Əgər hökumət dostlara qarşı qəbuledilməz ritorika işlədirsə, dostluq dəyişir”, – səfir bildirib.
#Gürcüstan teqi istifadə olunub
- "Hamısı qaçır!" | Tbilisidə meyiti tapılan Aysunun ailəsi fəryad etdi | “Açarı dəyişib giriblər evə”
- Orta Dəhliz layihəsində Bakı ilə Tbilisi hansı yeni addımları atacaq? - Baku TV
- Yeni yük marşrutları Azərbaycanın mövqeyinə necə təsir edəcək - Baku TV
- Üçtərəfli əməkdaşlıq hansı sahələri əhatə edəcək? - Baku TV
- Gürcü kilsəsinin ritorikası Bakı-Tbilisi münasibətlərinə təsir edəcək? - AKTUAL GÜNDƏM
