Almaniya Ukrayaya 90 milyard yardımı faizsiz kreditlə verəcək
Yeniliklərdən dərhal xəbərdar olun
Almaniya kansleri Fridrix Merts Ukraynaya ayrılacaq 90 milyard avro məbləğində yeni yardım paketinin faizsiz kredit formasında təqdim olunacağını açıqlayıb.
Kanslerin sözlərinə görə, bu kreditin geri qaytarılması Rusiyadan kompensasiya alınmasından sonra mümkün olacaq.
"RİA Novosti"nin məlumatına əsasən, Merts bildirib ki, mexanizm elə qurulub ki, Kiyev borcu yalnız Rusiyadan müvafiq ödənişlər daxil olduqdan sonra qaytarmalı olacaq.
Merts həmçinin vurğulayıb ki, Avropa İttifaqı Rusiyanın dondurulmuş aktivlərini kompensasiyalar əldə edilənədək olduğu kimi saxlayacaq.
Qeyd edək ki, daha əvvəl Avropa Şurasının sədri Antoniu Koşta Aİ ölkələrinin 2026-2027-ci illər üçün Ukraynaya 90 milyard avro həcmində maliyyə dəstəyi ayrılması barədə razılığa gəldiyini təsdiqləmişdi.
#Almaniya teqi istifadə olunub
- Nümayişçilər Almaniya Kanslerinin istefasını tələb edirlər
- Almaniyanı etiraz dalğası bürüdü: Gərginlik pik həddə - Baku TV CANLI
- Pekin və Berlin beynəlxalq nizamın qorunmasında əməkdaşlıq mesajı veriblər
- Almaniya kəşfiyyatı sərt danışdı | Moskva Avropanı necə hədəf alır? - Baku TV
- Almaniyada yaradılan mərkəzdə humanoid robotlar real işlər üçün praktiki bacarıqlara yiyələnir
