Almaniyada elektrik şəbəkəsi və infrastrukturun mühafizəsi gücləndiriləcək
Almaniya Kansleri Fridrix Merts ölkə hökumətinin elektrik şəbəkəsi də daxil olmaqla, kritik infrastrukturun mümkün hücumlardan qorunmasını gücləndirmək niyyətində olduğunu açıqlayıb.
O bu açıqlamanı cari ildə koalisiya komitəsinin ilk iclasından sonra verib.
"Hər şeydən əvvəl bu o deməkdir ki, biz artıq bu infrastruktur haqqında məlumatları ictimaiyyət üçün bu qədər asanlıqla əldə etməməliyik", – deyə Fridrix Merts bildirib.
Onun sözlərinə görə, bu, xüsusən geoməlumatlara və təhlükəsizlik məsələləri ilə bağlı digər informasiyalara aiddir.
"Həddindən artıq şəffaflıqdan uzaqlaşıb, daha böyük dayanıqlığa doğru hərəkət etməliyik", – Kansler vurğulayıb.
F.Merts qeyd edib ki, federal və ərazi hökumətləri gələcəkdə kritik infrastruktur haqqında açıqlanacaq məlumatların əhatə dairəsini yenidən nəzərdən keçirməlidir.
#Almaniya teqi istifadə olunub
- Pezeşkian hökumətin qarşısında duran iki əsas vəzifəni açıqlayıb
- Almaniyada yenotların ovuna görə pul mükafatı verilməsi təklif olunub
- Berlində Ukraynaya dəstək mitinqi təşkil olundu
- Ukrayna liderlər səviyyəsində danışıqlara hazırdır, bəs Rusiya?
- Mertsdən Ukrayna xalqına dəstək | "Avropa güc dilində danışmağı öyrənməlidir" - Baku TV CANLI
