Amerikalı professor ölkəsini tənqid etdi
Kolumbiya Universitetinin Dayanıqlı İnkişaf Mərkəzinin direktoru, professor Ceffri Saks Amerika Birləşmiş Ştatlarını sərt tənqid edib.
Professor bildirib ki, Birləşmiş Ştatların xarici siyasəti bir uğursuzluqdan digərinə aparan korrupsiya fırıldağıdır.
Onun sözlərinə görə, hazırda geosiyasətdə genişmiqyaslı seysmik dəyişiklik baş verir və bunun nəticəsində ABŞ demək olar ki, dünyadan tam təcrid rejimini seçib. Prezident Cozef Bayden Amerika Birləşmiş Ştatlarına dünyanın lideri kimi baxsa da, baş verənlər onun fantaziyasına qəti şəkildə ziddir.
Professor vurğulayıb ki, Birləşmiş Ştatların xarici siyasətində uğursuzluq prosesi 2020-ci ildə başlayıb.
“2014-cü ilin fevralında yeni hökumət NATO-nu genişlənməyə çağıracaqdı, amma əlimizdə olan 9 ildir davam edən müharibədir. Burada Ukraynanı parçalayırlar, çünki tərəfimiz bu planı tamamilə uğursuz edib. Uğursuzluqlar bir-birinin ardınca baş verir. Onlar mənim, bizim və ya ABŞ xalqının maraqlarına cavab verən heç bir şeydə qalib gəlmirlər”, – deyə o bildirib.
Ceffri Saks onu da qeyd edib ki, 2024-cü ildə hərbi xərclər və müdafiə ilə bağlı büdcə təxminən 1,5 trilyon ABŞ dollarına qədər artırılıb.