Pleyeri seçin:

Amerikalı reper "Diddy" azadlığa çıxmaq üçün 50 milyon dollar təklif etdi

27 sentyabr 2024 511 baxış

“Diddy” ləqəbli amerikalı aktyor, prodüser, reper və iş adamı Şon Kombs ötən həftə seks ticarəti, girov saxlama, fiziki zorakılıq, cinsi istismar və cinayət təşkilatı yaratmaq ittihamları ilə həbs edilib.

Həbsxanada saxlanılan müğənninin 50 milyon dollar girov müqabilində azadlığa çıxmaq tələbi rədd edilib. Bildirilib ki, “Diddy” hazırda Bruklindəki Metropoliten təcridxanasında saxlanılır.

Məlumata görə, reper 2008-ci ildən qadınları “cinsi istəklərini təmin etməyə” məcbur etmək üçün narkotik və zorakılığa əsaslanan cinayət təşkilatını idarə etməkdə ittiham olunur.

14 səhifəlik ittiham aktında bildirilir ki, müttəhim hədə-qorxu ilə pul tələb etmək, cinsi əlaqəyə və qadınları fahişəliyə məcbur etməkdə ittiham olunur. Onu 15 il müddətinə azadlıqdan məhrumetmə cəzası gözləyir.

“Diddy”nin əsl adı Kasandra Ventura olan keçmiş sevgilisi Kessi ötən ilin noyabrında onunla bağlı şikayət etmiş və 2018-ci ildə ondan ayrılmağa çalışdıqdan sonra təcavüzə məruz qaldığını iddia etmişdi. Kessinin 2023-cü ildə açdığı iddiadan və təqdim etdiyi sənədlərdən sonra bir çox qadın və kişi “Diddy” tərəfindən zorakılığa məruz qaldıqlarını bildirərək şikayət edib.

Bundan başqa, reperin təşkil etdiyi əyləncə məclisləri də Hollivud dünyasında şok effekti yaradıb. İddialara görə, seks məclisləri və orgiyalarda iştirak edən məşhurlar özlərindən xəbərsiz lentə alınıb, şantajlara məruz qalıb. Həmçinin məclislərdə azyaşlı uşaqların da olduğu və onların cinsi əlaqəyə məcbur edildikləri də iddia edilib.

ABŞ Federal Təhqiqat Bürosu (FTB) reperin Mayami və Los-Ancelesdəki evlərinə basqın təşkil edib. Aparılan axtarışlar zamanı tapılan mindən çox uşaq kremi ölkə ictimaiyyətində səs-küyə səbəb olub.

Aparılan axtarışlar zamanı “Diddy”nin evinin altında tunellər aşkarlanıb. Bu da ilin əvvəlində onlarla qıza qarşı cinsi istismar və fahişəlik şəbəkəsi yaratmaq ittihamı ilə mühakimə olunan və həbsxanada ölü tapılan Epştein işini xatırladıb.

“Diddy”nin həbsindən sonra bir sıra məşhurlar sosial şəbəkələrdəki paylaşımlarını silməyə başlayıblar. Açıqlamalarının birində reper məşhur Hollivud aktyoru Leonardo Di Kaprionun onun məclislərə dəvət siyahısının bir nömrəli şəxsi olduğunu demişdi. Amma Leonardo Di Kaprioya yaxın mənbə aktyorun reperlə münasibətinin olmadığını açıqlamışdı.

“Diddy”nin kef məclislərinə qatılan digər məşhurlar arasında Cennifer Lopez və Kardaşyan ailəsi, Peris Hilton, Eşton Katçer, Kelli Osborn, Cey-Z, Beyons, Pamela Anderson və başqaları da var.

Banner
Marko Rubio İranın hazırkı tələblərini "qeyri-ciddi" adlandırdı - Baku TV CANLI

Marko Rubio İranın hazırkı tələblərini "qeyri-ciddi" adlandırdı - Baku TV CANLI

Dünya
10 noyabr 2026 511 baxış
Konkret plan hazırlanıb?

Konkret plan hazırlanıb?

Dünya
10 noyabr 2026 511 baxış
Zelenski Vaşinqtonun və Avropanın mövqeyi ilə bağlı şübhələrini açıqladı - Baku TV CANLI

Zelenski Vaşinqtonun və Avropanın mövqeyi ilə bağlı şübhələrini açıqladı - Baku TV CANLI

Dünya
10 noyabr 2026 511 baxış
Əbu-Dabidəki danışıqlar müharibənin taleyini dəyişə bilərmi? - Baku TV

Əbu-Dabidəki danışıqlar müharibənin taleyini dəyişə bilərmi? - Baku TV

Dünya
10 noyabr 2026 511 baxış
Hökumət dəyişsə, müharibə siyasəti də dəyişəcəkmi? - AKTUAL GÜNDƏM

Hökumət dəyişsə, müharibə siyasəti də dəyişəcəkmi? - AKTUAL GÜNDƏM

Dünya
10 noyabr 2026 511 baxış
Rusiyalı rəsmilər İsrailə niyə gedib?

Rusiyalı rəsmilər İsrailə niyə gedib?

Dünya
10 noyabr 2026 511 baxış
Rusiya raketlərinin izi ilə: Ukrayna kosmosdan nəzarəti necə təmin edəcək? - Baku TV CANLI

Rusiya raketlərinin izi ilə: Ukrayna kosmosdan nəzarəti necə təmin edəcək? - Baku TV CANLI

Dünya
10 noyabr 2026 511 baxış
Netanyahu yeni hökumətə rəhbərlik etmək istəyir

Netanyahu yeni hökumətə rəhbərlik etmək istəyir

Dünya
10 noyabr 2026 511 baxış
“Şəhərin mərkəzində belə şey olar?!” | Çirkab suları sakinləri təngə gətirdi - Baku TV

“Şəhərin mərkəzində belə şey olar?!” | Çirkab suları sakinləri təngə gətirdi - Baku TV

Dünya
10 noyabr 2026 511 baxış
“Mübarizə qızışacaq” | Toqquşan maraqlar: 7 saatlıq görüşün pərdəarxası məqamları - Baku TV

“Mübarizə qızışacaq” | Toqquşan maraqlar: 7 saatlıq görüşün pərdəarxası məqamları - Baku TV

Dünya
10 noyabr 2026 511 baxış
Seçilmişlər
icon