Avropa Partiyasının sədri Gürcüstandakı seçkilərdən danışdı | ABŞ və Avropa bu nəticələri…
Gürcüstanda baş verən hadisələr hələ yeni mərhələyə qədəm qoyur.
Erməni mediası xəbər verir ki, bu fikri Ermənistan Avropa Partiyasının sədri Tiqran Xzmalyan səsləndirib.
T.Xzmalyan bildirir ki, Gürcüstandakı vəziyyət hakim partiya üçün çətinləşib, çünki ABŞ və Avropa seçki nəticələrini tanımır. Onun fikrincə, ABŞ Dövlət katibinin göndərdiyi qısa məktub bir növ ultimatumdur və açıq şəkildə Gürcüstan xalqının Avropa İttifaqı və Avropa sivilizasiyasına doğru seçimini davam etdirməsinin vacibliyini vurğulayır.
Gürcüstandakı seçkilərin Ermənistan Respublikasına mümkün təsirlərini dəyərləndirən T.Xzmalyan bir həmkarının təhlilindən sitat gətirərək əlavə edib:
“Əgər sabah Gürcüstan Rusiya Federasiyasının tələb etdiyi kimi, Ermənistana Fransa silahlarının çatdırılmasına mane olmaq üçün sərhədlərini bağlasa, bu vəziyyətin günahı həm Bidzina İvanişvilinin rusiyayönlü partiyasına dəstək verən Cavaxk ermənilərinin, həm də həmin partiyanı təbrik etməyə tələsən Ermənistan hakimiyyətinin üzərinə düşəcək”.