Pleyeri seçin:

Avropanın daha bir ölkəsi də orta məktəblərdə telefon istifadəsini məhdudlaşdırır - Baku TV

04 iyul 2026 408 baxış

Ukraynada məktəblərdə dərs zamanı mobil telefonların, planşetlərin və ağıllı saatların istifadəsini məhdudlaşdıran qanun qəbul oluna bilər.

Bu barədə Ukrayna Ali Radasının Təhsil, Elm və İnnovasiya Komitəsi məlumat yayıb.

Komitə Ukraynanın "Təhsil haqqında" Qanununun 53-cü maddəsinə dəyişiklik edilməsini nəzərdə tutan qanun layihəsini müzakirə edib. Layihəyə əsasən, dərs zamanı şagirdlərin diqqətinin rəqəmsal cihazlara yönəlməsinin qarşısının alınması nəzərdə tutulur. İstisna yalnız cihazlardan tədris məqsədləri və ya tibbi zərurət olduqda istifadə edilməsinə şamil edilir.

Parlament üzvləri qanun layihəsini birinci oxunuşdan sonra yenidən işlənməsi üçün müvafiq müzakirələrə göndəriblər.

Komitə həmçinin Təhsil və Elm Nazirliyinə mütəxəssislərlə birlikdə orta məktəblərdə rəqəmsal cihazlardan istifadənin dəqiq tənzimlənməsini təmin edəcək hərtərəfli mexanizmin hazırlanmasını tövsiyə edib.

Hazırda Ukrayna qanunvericiliyində sinif otaqlarında mobil telefonlardan istifadəni birbaşa qadağan edən norma yoxdur. Buna görə də məktəb rəhbərliyinin bu cihazları müsadirə etməsi üçün hüquqi əsas mövcud deyil. Eyni zamanda təhsil müəssisələri muxtariyyətə malik olduqlarından, onlar daxili qaydalarını müəyyən edə və məktəb nizamnaməsi çərçivəsində rəqəmsal cihazlardan istifadəni məhdudlaşdıra bilərlər.

Banner
Seul gərginliyin və toqquşmaların qarşısını almaq üçün Pxenyanla əlaqə xətlərinin bərpasını təklif edir

Seul gərginliyin və toqquşmaların qarşısını almaq üçün Pxenyanla əlaqə xətlərinin bərpasını təklif edir

Dünya
23 oktyabr 2026 408 baxış
Dron hücumu zamanı iki vilayətdə yaşayış binaları və tibb müəssisəsi ziyan çəkib

Dron hücumu zamanı iki vilayətdə yaşayış binaları və tibb müəssisəsi ziyan çəkib

Dünya
23 oktyabr 2026 408 baxış
Rusiya lideri Avropa rəsmilərinin Moskva ilə müharibə təhlükəsi haqqında açıqlamalarını sərt tənqid edib

Rusiya lideri Avropa rəsmilərinin Moskva ilə müharibə təhlükəsi haqqında açıqlamalarını sərt tənqid edib

Dünya
23 oktyabr 2026 408 baxış
Fransa paytaxtının iki rayonunda komendant saatı elan edilib, kütləvi aksiyalara qadağa qoyulacaq

Fransa paytaxtının iki rayonunda komendant saatı elan edilib, kütləvi aksiyalara qadağa qoyulacaq

Dünya
23 oktyabr 2026 408 baxış
Almaniya kansleri Aİ-nin genişlənməsinin tərəfdarı olduğunu bəyan edib

Almaniya kansleri Aİ-nin genişlənməsinin tərəfdarı olduğunu bəyan edib

Dünya
23 oktyabr 2026 408 baxış
Yanacaq qiymətlərinin artması İtaliyada ərzaq təchizatını çətinləşdirib

Yanacaq qiymətlərinin artması İtaliyada ərzaq təchizatını çətinləşdirib

Dünya
23 oktyabr 2026 408 baxış
Sosial təminatı ilə tanınan İsveç yoxsulluq və borc problemləri fonunda yeni çağırışlarla üzləşir

Sosial təminatı ilə tanınan İsveç yoxsulluq və borc problemləri fonunda yeni çağırışlarla üzləşir

Dünya
23 oktyabr 2026 408 baxış
İspaniya paytaxtında bağçılıq stresə qarşı müalicə üsulu kimi tətbiq edilir

İspaniya paytaxtında bağçılıq stresə qarşı müalicə üsulu kimi tətbiq edilir

Dünya
23 oktyabr 2026 408 baxış
İraqda elektrik ustası ehtiyacı olan şagirdlərə pulsuz dərslik paylamaqla dəstək göstərir

İraqda elektrik ustası ehtiyacı olan şagirdlərə pulsuz dərslik paylamaqla dəstək göstərir

Dünya
23 oktyabr 2026 408 baxış
Husilər Səudiyyə Ərəbistanının paytaxtında Müdafiə Nazirliyinə hücum etdiklərini bildirirlər

Husilər Səudiyyə Ərəbistanının paytaxtında Müdafiə Nazirliyinə hücum etdiklərini bildirirlər

Dünya
23 oktyabr 2026 408 baxış
Seçilmişlər
icon