Pleyeri seçin:

Azyaşlılara sosial şəbəkə imkanı yaradanlar 68 milyon dollar cərimə ediləcəklər

29 iyun 2026 298 baxış

Avstraliya 16 yaşdan kiçik uşaqlar tərəfindən sosial şəbəkələrin istifadəsinə qoyulan qadağaya riayət etmədiklərinə görə texnoloji şirkətlər üçün maksimal cərimə məbləğini ikiqat artırmaq niyyətindədir.

Bu barədə Avstraliya hökumətinin bəyanatında bildirilib.

Qanunvericiliyə təklif edilən dəyişikliklərə əsasən, yaş məhdudiyyətlərinin sistematik şəkildə pozulmasına görə maksimal cərimə 49,5 milyon Avstraliya dollarından 99 milyona, təxminən 68 milyon ABŞ dollarına qədər artırılacaq.

Ölkənin Baş naziri Entoni Albaneze bildirib ki, tətbiq edilən məhdudiyyətlərə baxmayaraq, iri texnoloji şirkətlər qanuna riayət etmək üçün kifayət qədər iş görmürlər.

Hökumətin məlumatına görə, qadağa qüvvəyə mindiyi vaxtdan etibarən 16 yaşından kiçik istifadəçilərin 5 milyondan çox hesabı deaktiv edilib və ya məhdudlaşdırılıb. Lakin çoxsaylı tədqiqatlar göstərib ki, uşaqlar texnoloji şirkətlər tərəfindən tətbiq edilən yaşın təsdiqlənməsi mexanizmlərindən, o cümlədən selfi vasitəsilə yoxlamadan asanlıqla keçirlər. Bir çox hallarda onlardan ümumiyyətlə yaşlarını təsdiq etmələri tələb olunmayıb.

Aparılan tədqiqata əsasən, 12-15 yaş arası avstraliyalıların 85%-i qadağa qüvvəyə mindikdən üç ay sonra da sosial şəbəkələrdən istifadə etməyə davam ediblər.

Banner
Husilərin Ər-Riyada hücumu Yaxın Şərqdə yeni qarşıdurma yarada bilərmi? - Baku TV

Husilərin Ər-Riyada hücumu Yaxın Şərqdə yeni qarşıdurma yarada bilərmi? - Baku TV

Dünya
11 oktyabr 2026 298 baxış
Rusiyaya PUA hücumu rəqəmsal sistemləri iflic etdi

Rusiyaya PUA hücumu rəqəmsal sistemləri iflic etdi

Dünya
11 oktyabr 2026 298 baxış
Vaşinqtonun Rusiya siyasətində ziddiyyət

Vaşinqtonun Rusiya siyasətində ziddiyyət

Dünya
11 oktyabr 2026 298 baxış
Coğrafi adlar siyasi ambisiyaların hədəfinə çevrilir? | ABŞ liderindən qəribə fikir - Baku TV CANLI

Coğrafi adlar siyasi ambisiyaların hədəfinə çevrilir? | ABŞ liderindən qəribə fikir - Baku TV CANLI

Dünya
11 oktyabr 2026 298 baxış
El-Ninyo dünyanı necə dəyişəcək?

El-Ninyo dünyanı necə dəyişəcək?

Dünya
11 oktyabr 2026 298 baxış
ABŞ Ədliyyə Nazirliyi hərəkətə keçdi

ABŞ Ədliyyə Nazirliyi hərəkətə keçdi

Dünya
11 oktyabr 2026 298 baxış
Vaşinqtonun Rusiya siyasətində ziddiyyət | ABŞ Konqresində qanun layihəsi hazırlanır - Baku TV

Vaşinqtonun Rusiya siyasətində ziddiyyət | ABŞ Konqresində qanun layihəsi hazırlanır - Baku TV

Dünya
11 oktyabr 2026 298 baxış
Çin alimlərinin kəşfi ulduzların təkamülünə yeni işıq salır

Çin alimlərinin kəşfi ulduzların təkamülünə yeni işıq salır

Dünya
11 oktyabr 2026 298 baxış
Tramp və Netanyahu mümkün hücumu müzakirə ediblər

Tramp və Netanyahu mümkün hücumu müzakirə ediblər

Dünya
11 oktyabr 2026 298 baxış
ABŞ İran blokadasını yarmağa çalışan gəmini vurdu

ABŞ İran blokadasını yarmağa çalışan gəmini vurdu

Dünya
11 oktyabr 2026 298 baxış
Seçilmişlər
icon