Bağdad Suriyadakı vəziyyəti diqqətlə izləyir | İraq XİN rəhbərindən xəbərdarlıq
Yeniliklərdən dərhal xəbərdar olun
“Yaxın Şərqdə İŞİD terror qruplaşmasının üzvlərinin sayı artır və silahlılarla mübarizə üçün regional ittifaq lazımdır”.
Bunu İraqın xarici işlər naziri Fuad Hüseyn bəyan edib.
Onun fikrincə, regiondakı qonşu ölkələr yaraqlıların fəaliyyəti ilə bağlı kəşfiyyat məlumatları mübadiləsi aparmalı və təkcə xarici işlər nazirləri deyil, həm də müdafiə nazirləri və kəşfiyyat rəhbərləri səviyyəsində daimi əlaqə saxlamalıdırlar.
“Bölgədə İŞİD-çilərin sayının, terrorçuların ixtiyarında olan silahların miqdarının və nəzarət etdikləri ərazilərin artdığını görürük. Bu baxımdan bizə regional səviyyədə terror təhlükəsi ilə mübarizə aparacaq və beynəlxalq ictimaiyyətin dəstəyini alacaq bir təşkilat lazımdır”, – deyə iraqlı nazir bildirib.
Fuad Hüseyn qeyd edib ki, Bağdad Suriyadakı vəziyyəti diqqətlə izləyir, çünki İraqdakı daxili siyasi vəziyyət oradakı vəziyyətdən əhəmiyyətli dərəcədə asılıdır.
#Yaxın Şərq teqi istifadə olunub
- ABŞ Prezidentindən gözlənilməz qərar | Yaxın Şərqdə ara yenidən qarışır? - Baku TV CANLI
- Hansı ərazilər hədəfə alınacaq? - Hərbi əməliyyatların coğrafiyası genişlənir? - Baku TV CANLI
- Suriya hərəkətə keçir: Yaxın Şərqdə güc balansı necə dəyişəcək? - Baku TV
- Yaxın Şərqdə böyük diplomatik hərəkətlilik: hansı gizli razılaşmalar hazırlanır? - AKTUAL GÜNDƏM
- Neft tankerində yanğın | Yaxın Şərqdə nə baş verir? - Baku TV CANLI
