Baş nazir Pedro Sançes yeni qanundan danışdı
Yeniliklərdən dərhal xəbərdar olun
İspaniya 2024-cü ilin iyununda şəxsi məlumatların qorunması məqsədilə sosial mediadan istifadə ilə bağlı razılıq yaşını 14-dən 16-ya qaldıran qanun layihəsini təsdiqləyib. Bu qadağa 16 yaşdan aşağı uşaqların valideyn razılığı olmadan sosial şəbəkələrdən istifadəsinin məhdudlaşdırılmasını nəzərdə tutur.
İspaniyanın Baş naziri Pedro Sançes bildirib ki, ölkədə 16 yaşdan kiçik, yetkinlik yaşına çatmayanların sosial mediaya çıxışı qadağan ediləcək:
“Bu gün uşaqlarımız asılılıq, istismar, pornoqrafiya, manipulyasiya və zorakılıqla dolu bir məkanla üz-üzə qalırlar. Biz artıq bunu qəbul etməyəcəyik. Onları rəqəmsal vəhşi Qərbdən qoruyacağıq.
Əlbəttə, öz məhdudiyyətlərimizin də yaxşı fərqindəyik. Məhz buna görə sizi məlumatlandırmaq istəyirəm ki, İspaniya sosial media platformalarının daha sərt, daha sürətli və daha effektiv şəkildə tənzimlənməsini həyata keçirməyə sadiq olan “rəqəmsal iradəlilər koalisiyası” çərçivəsində 5 Avropa ölkəsi ilə birləşib”.
#İspaniya teqi istifadə olunub
- Azərbaycan XİN İspaniyada baş verən qatar faciəsi ilə bağlı başsağlığı verib - Baku TV
- Azərbaycan dəmir yolu qəzası ilə əlaqədar İspaniyaya başsağlığı verib - Baku TV CANLI
- Barselonada iğtişaşlar zamanı 100-ə yaxın şəxs saxlanılıb
- İspaniyada baş verən kütləvi iğtişaşlar ciddi gərginliyə səbəb olub - Baku TV CANLI
- Madriddə minlərlə insan pensiya sisteminin özəlləşdirilməsinə qarşı çıxıb
