Benni Qantz istefa verib hər şeyi danışdı | Netanyahuya sərt sözlər
İsrailin hərbi kabinetinin üzvü Benni Qantz ölkənin Baş naziri Benyamin Netanyahu ilə arasında olan fikir ayrılıqlarına görə vəzifəsindən istefa verib.
Onun iddialarına görə, hökumət rəhbəri şəxsi mənafeyi naminə müharibə ilə bağlı qərarların verilməsini ləngidir:
“Ölüm-qalım məsələsi olan strateji qərarlar siyasi müzakirələrə görə ya rədd edilir, ya da təxirə salınır. Qeyd edim ki, həmvətənlərimiz evlərindən əsir götürülərək HƏMAS tunellərində saxlanılarkən və əsgərlərimiz döyüşdə ön cəbhədə vuruşarkən bu qərarı almaq mənim üçün olduqca çətin idi. Reallıq isə o qədər də sadə deyil.
Bu kampaniya illərlə davam edəcək. Mən sizə asan və tez qələbə vəd etməyəcəyəm. Siz boş sözlərdən daha çoxuna layiqsiniz. İsrail əsl qələbəyə nail ola bilər və düşünürəm ki, bunu mütləq etməlidir.
Təəssüf ki, B.Netanyahu hazırda davam edən müharibədə qələbəyə doğru irəliləməyimizə mane olur. Ona görə də mən bu gün müharibə kabinetini çox təəssüf hissi ilə tərk edirəm”.
Məlumat üçün bildirək ki, bundan əvvəl Benni Qantz B.Netanyahunun müharibədən sonrakı Qəzza üçün yeni plan hazırlamayacağı təqdirdə iyunun 8-dək hökuməti tərk edəcəyini açıqlamışdı.
#İsrail teqi istifadə olunub
- Netanyahudan Tehranla bağlı açıqlama | Yaxın Şərqdə vəziyyət gərginləşir - Baku TV CANLI
- Katz İranın İsraildə seçkilərə təsir göstərmək üçün hücumlar təşkil edə biləcəyini bildirib
- 235 milyon dollarlıq raket müqaviləsi: Azərbaycan bu silahı niyə alacaq? - HƏRBİ XRONİKA
- Tehran, Vaşinqton və Təl-Əviv qarşı-qarşıya: Danışıqlar, yoxsa müharibə? - Baku TV
- Tramp və Netanyahu arasında yeni müzakirələr | İran üçün hansı plan hazırlanır? - Baku TV
