Berlin hərbi büdcəni ikiqat artırır
Yeniliklərdən dərhal xəbərdar olun
Almaniya NATO çərçivəsində müdafiəyə ayırdığı vəsaitə görə heç bir tərəf qarşısında özünü xəcalətli hiss etmir.
Bunu Almaniya Kansleri Fridrix Merts ABŞ Prezidenti Donald Trampın Berlinin əvvəlki müdafiə xərclərini “gülünc” adlandırmasına cavab olaraq deyib.
Mertsin sözlərinə görə, Almaniya qarşıdakı 4 il ərzində müdafiə büdcəsini 2 dəfə artırmağı planlaşdırır.
O qeyd edib ki, bu, ölkənin müdafiə qabiliyyətinin gücləndirilməsi istiqamətində indiyədək atılmış ən böyük addım olacaq.
Kansler vurğulayıb ki, Berlin təhlükəsizlik təhdidlərini, o cümlədən Rusiyanın fəaliyyətini ciddi qəbul edir və 2029-cu ilə qədər NATO-nun müdafiə xərclərinin ÜDM-in 3,5 faizi səviyyəsinə çatdırılması hədəfinə müəyyən edilmiş müddətdən əvvəl nail olmağı planlaşdırır.
#Almaniya teqi istifadə olunub
- Nümayişçilər Almaniya Kanslerinin istefasını tələb edirlər
- Almaniyanı etiraz dalğası bürüdü: Gərginlik pik həddə - Baku TV CANLI
- Pekin və Berlin beynəlxalq nizamın qorunmasında əməkdaşlıq mesajı veriblər
- Almaniya kəşfiyyatı sərt danışdı | Moskva Avropanı necə hədəf alır? - Baku TV
- Almaniyada yaradılan mərkəzdə humanoid robotlar real işlər üçün praktiki bacarıqlara yiyələnir
