Pleyeri seçin:
“Bitkoin davası”nda gözlənilməz hadisə | Gürcüstandan gizli yolla qaçmışdı, amma...
Gürcüstanın hakim “Gürcü Arzusu” partiyasının təsisçisi və fəxri sədri Bidzina İvanişviliyə məxsus olan 9 minə yaxın kriptovalyutanı oğurladığına görə 11 il müddətinə qiyabi həbs cəzasına məhkum edilmiş Giorgi Baçiaşvili saxlanılıb.
Teleqraf-ın yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstanın Dövlət Təhlükəsizliyi Xidmətindən (DTX) bildirilib.
Qeyd olunub ki, DTX-yə anonim zənglə “qırmızı xətlə” axtarışa verilmiş G.Baçiaşvilinin “Qırmızı körpü” və “Sadaxlı” sərhəd-keçid məntəqələri arasında hərəkət etməsi barədə məlumat daxil olub.
B.İvanişvilinin keçmiş müşaviri və şəxsi maliyyəçisi, ona məxsus İnvestisiya Fondunun sabiq rəhbəri sərhədi qanunsuz keçməkdə ittiham olunur. Onu 3 ildən 5 ilədək həbs cəzası gözləyir.
Kopyalandı
#Gürcüstan teqi istifadə olunub
- "Hamısı qaçır!" | Tbilisidə meyiti tapılan Aysunun ailəsi fəryad etdi | “Açarı dəyişib giriblər evə”
- Orta Dəhliz layihəsində Bakı ilə Tbilisi hansı yeni addımları atacaq? - Baku TV
- Yeni yük marşrutları Azərbaycanın mövqeyinə necə təsir edəcək - Baku TV
- Üçtərəfli əməkdaşlıq hansı sahələri əhatə edəcək? - Baku TV
- Gürcü kilsəsinin ritorikası Bakı-Tbilisi münasibətlərinə təsir edəcək? - AKTUAL GÜNDƏM
