Dünya
Pleyeri seçin:
BMT-də Fələstinin İsrailə qarşı ilk qətnaməsi qəbul olundu | Hansı ölkələr qətnaməni dəstəklədi?
Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyası İsrail Ordusunun Fələstin ərazilərindən 12 ay ərzində çıxarılması tələbinin qoyulduğu qətnaməni qəbul edib.
Qətnaməni 124 dövlət, o cümlədən Rusiya, Belçika, Braziliya, Qətər, Çin və Fransa dəstəkləyib. 14 ölkə, o cümlədən Macarıstan, İsrail, ABŞ və Çexiya əleyhinə çıxıb. Daha 43 dövlət səsvermədə bitərəf qalıb.
Qətnamədə həmçinin ölkələr İsrailin yaşayış məntəqələrindən idxal olunan məhsullara qadağa qoyulmasına çağırılıb.
Qeyd edək ki, bu, Fələstin tərəfinin BMT-də bir sıra hüquqlara yiyələndikdən sonra təqdim etdiyi ilk ali sənəddir. BMT Baş Assambleyasının qətnamələri Təhlükəsizlik Şurasının sənədlərindən fərqli olaraq məcburi hüquqi qüvvəyə malik deyil.
Kopyalandı
Seçilmişlər