“Böyük Britaniya güc yolu ilə cavab verəcək” | Kir Starmer
Aprelin 9-da Böyük Britaniyanın Baş naziri Kir Starmer və ABŞ Prezidenti Donald Tramp arasında telefon danışığı baş tutub.
Baş nazir Kir Starmer bildirib ki, danışıq zamanı diqqət eyni zamanda boğazda gəmi hərəkəti ilə bağlı praktiki plana yönəldilib.
“Prezident Trampla müzakirə apardım və ona bu bölgəyə dair baxışlarımızı izah etdim. Bu Körfəz dövlətləri İranın qonşularıdır. Buna görə də əgər atəşkəs davam edəcəksə, o zaman onlara da amil olunmalıdır. Onların Hörmüz boğazı ilə bağlı çox güclü mövqeləri var.
Telefon zənginin böyük hissəsini boğazda gəmi hərəkətinin təmin edilməsi üçün lazım olan praktiki planı müzakirə etməyə sərf etdik. Böyük Britaniya artıq bir neçə həftədir ki, 30-dan çox ölkə ilə birgə bu məsələdə siyasi və diplomatik plan qurur, həmçinin hərbi imkanları və gəmi hərəkətinin logistikası üzərində də çalışır. Dünənki müzakirənin əsas mövzusu bu idi”, – deyə o qeyd edib.
#Böyük Britaniya teqi istifadə olunub
- Londonda Fələstini dəstəkləyən nümayişdə saxlanılanların sayı 200-ü keçib
- Lotereyanın uduş məbləği xeyriyyə məqsədlərinə yönəldiləcək
- Kir Starmer ölkəsinə görə narahatdır
- “Britaniyanı müharibədən uzaq tutacağıq” | Kir Starmer
- Britaniya Baş naziri Trampın NATO-dan çıxmaqla bağlı açıqlamasına cavab verdi
