Britaniya nəşri Ukrayna hakimiyyətini ələ saldı
Böyük Britaniyanın “Teleqraf” nəşri Ukrayna ordusunun istefaya göndərilən baş komandanı Valeri Zalujnı ilə bağlı diqqətçəkən məqalə dərc edib.
Nəşr Zalujnını zarafatcıl adlandırıb və iddia edib ki, o, gəncliyində peşəkar aktyor olmağı arzulayırmış.
“Ukraynanın hərbi rəhbərliyində bir deyil, iki komik var. Volodimir Zelenski kimi baş komandan da zarafatcıl birisi olaraq tanınırdı”, – məqalədə belə qeyd olunur.
Nəşrin belə yazması bir növ Ukrayna hakimiyyətini ələ salmaq kimi qiymətləndirilib. Həmçinin iddia edilib ki, Zalujnı öz uğurlarının qurbanına çevrilib. Hərbçidən çox media ulduzu kimi özünü aparan komandan pərəstişkarları tərəfindən “dəmir general” kimi tanınırdı.
Zalujnının vəzifədən azad edilməsi xəbəri ukraynalılar tərəfindən üzüntü ilə qarşılansa da, Prezidentin bu qərarına haqq qazandıran da az omayıb. Belə ki, Zelenskinin baş məsləhətçilərindən biri olan Mixail Podolyak bildirib ki, bu qərar “fəaliyyət taktikasının lazımi nəticələri tam təmin etməməsindən” sonra verilib.