Pleyeri seçin:

Britaniya sosial şəbəkələri iğtişaş çağırışlarını silməyə məcbur edəcək?

11 iyun 2026 346 baxış

Böyük Britaniya hakimiyyəti kəskin böhranlar zamanı iğtişaşlara və zorakılığa çağıran paylaşımların sosial şəbəkələrdən silinməsini məcburi etmək niyyətindədir.

Bunu Böyük Britaniyanın elm, innovasiya və texnologiyalar naziri Liz Kendall bildirib.

Nazirin sözlərinə görə, bununla bağlı internet təhlükəsizliyi haqqında qanuna dəyişikliklər gələn həftə parlamentin müzakirəsinə təqdim ediləcək.

"Sosial şəbəkələrdən zorakılıq və iğtişaşlara təhrik məqsədilə istifadə edənlər qanunu pozurlar. Mən "Ofcom" tənzimləyici qurumundan "X" və digər platformalarla təcili müzakirələr aparmağı xahiş etmişəm ki, onlar internet təhlükəsizliyi qanununun tələblərinə necə əməl edəcəklərini izah etsinlər", – deyə nazir vurğulayıb.

Məlumata görə, bu açıqlama Şimali İrlandiyanın paytaxtı Belfastda ikinci gecədir davam edən antimiqrant iğtişaşları fonunda səsləndirilib. Hadisələrə səbəb iyunun 8-də sudanlı Hadi Alodidin bıçaqlı hücumu olub. Hücum nəticəsində Stiven Oqilvi ağır yaralanıb, bir gözünü itirib və hazırda koma vəziyyətindədir. Şübhəli şəxs saxlanılıb və ona qarşı bir neçə ittiham irəli sürülüb.

İğtişaşlar zamanı etirazçılar avtobus, çoxsaylı avtomobillər, o cümlədən polis maşınlarını yandırıb, həmçinin Yaxın Şərq məhsulları mağazasını, türk bərbərxanasını, hind mağazasını və bir neçə yaşayış evinə od vurublar. Nəticədə təxminən 30 nəfər evsiz qalıb.

Banner
Avropa İttifaqında təbii qaz dünyada ən çox bahalaşan əmtəə oldu

Avropa İttifaqında təbii qaz dünyada ən çox bahalaşan əmtəə oldu

Dünya
01 noyabr 2026 346 baxış
Türkiyədə sosial şəbəkələrə yaş məhdudiyyəti

Türkiyədə sosial şəbəkələrə yaş məhdudiyyəti

Dünya
01 noyabr 2026 346 baxış
Ankara hərəkətə keçdi

Ankara hərəkətə keçdi

Dünya
01 noyabr 2026 346 baxış
Rusiyanın böyük neft emalı zavodu hücuma məruz qaldı

Rusiyanın böyük neft emalı zavodu hücuma məruz qaldı

Dünya
01 noyabr 2026 346 baxış
Təkcə enerji sahəsində yaranmış zərər 100 milyard avroya çatıb?

Təkcə enerji sahəsində yaranmış zərər 100 milyard avroya çatıb?

Dünya
01 noyabr 2026 346 baxış
Birmingemdə futbol matçından sonra baş verən silahlı insident araşdırılır

Birmingemdə futbol matçından sonra baş verən silahlı insident araşdırılır

Dünya
01 noyabr 2026 346 baxış
Aİ-də təbii qaz problemi | "Köhnə qitə" qışa necə hazırlaşır? - Baku TV

Aİ-də təbii qaz problemi | "Köhnə qitə" qışa necə hazırlaşır? - Baku TV

Dünya
01 noyabr 2026 346 baxış
Tehran Londonun kəşfiyyat və hərbi strukturlarına qarşı cavab addımı atıb

Tehran Londonun kəşfiyyat və hərbi strukturlarına qarşı cavab addımı atıb

Dünya
01 noyabr 2026 346 baxış
Kiyev və Moskva liderlərinin mümkün görüşü üçün hazırlıqlar gedir? - Baku TV CANLI

Kiyev və Moskva liderlərinin mümkün görüşü üçün hazırlıqlar gedir? - Baku TV CANLI

Dünya
01 noyabr 2026 346 baxış
Rusiya yenidən kütləvi pilotsuz uçuş aparatı hücumunun hədəfinə çevrilib - Baku TV CANLI

Rusiya yenidən kütləvi pilotsuz uçuş aparatı hücumunun hədəfinə çevrilib - Baku TV CANLI

Dünya
01 noyabr 2026 346 baxış
Seçilmişlər
icon