Bu agentlik Trampın qərarlarını heçə saydı? | Təcili qərar verildi ki…
Donald Tramp Administrasiyası USAID-in onlarla yüksəkrütbəli əməkdaşını hədəf alıb.
Vaşinqton yardımları dayandırdıqdan sonra D.Tramp Administrasiyası ABŞ Beynəlxalq İnkişaf Agentliyində (USAID) 60-a yaxın yüksək vəzifəli məmuru məzuniyyətə buraxıb.
“Reuters” xəbər verir ki, Administrasiya Vaşinqtonun D.Trampın siyasətinə uyğun olaraq əmrlərə məhəl qoymayan bir qrup işçini “intizam cəzası” ilə hədələyib.
Bazar ertəsi axşam USAID əməkdaşlarına göndərilən daxili memorandumda deyilir ki, yeni rəhbərlik agentlikdə Prezidentin icra sərəncamlarını və Amerika xalqının mandatını pozmaq üçün nəzərdə tutulmuş görünən bir neçə fəaliyyət müəyyən edib.
“Nəticədə biz bu hərəkətlərlə bağlı təhlilimizi tamamlayana qədər USAID-in bir qrup əməkdaşını tam maaş və müavinətlərlə inzibati məzuniyyətə buraxdıq”, – deyə bildirilib.
Qərardan neçə nəfərin təsirləndiyi göstərilməyib, lakin mənbələr “Reuters” agentliyinə bildirib ki, söhbət 57-60 nəfərdən gedir.
#ABŞ teqi istifadə olunub
- Əbu-Dabidə üçtərəfli görüş keçirilə bilər
- ABŞ-nin Əbu-Dabidə təklif etdiyi üçtərəfli texniki görüş nə vaxt keçirilə bilər? - Baku TV CANLI
- ABŞ-Çin arasında böyük sövdələşmə: kim nədə güzəştə gedəcək? - AKTUAL GÜNDƏM
- NATO ölkələri Ukrayna üçün təhlükəsizlik təminatlarını müzakirə edir - Baku TV
- 6100 dollarlıq Həcc paketi bahalaşacaq? | Bu stansiyalar 01:00-a qədər açıq olacaq - YENİ BİR SƏHƏR
