Pleyeri seçin:

Bu Avropa ölkəsi silahlanma yarışısına girdi, amma...

15 avqust 2025 528 baxış

Polşa müasir tarixin ən böyük silahlanma proqramını həyata keçirir.

Silah alımlarına olan xərclər elə böyükdür ki, bu artıq Polşa dövlətinin maliyyə vəziyyəti ilə bağlı narahatlıq doğurur.

Belə ki, Polşa Müdafiə Nazirliyi 1000 ədəd Cənubi Koreya istehsalı K2 tankı, yüzlərlə Amerikanın "Abrams" tankı, 500 HIMARS reaktiv sistemi və bir neçə yüz Koreya istehsalı "K239 Chunmoo" reaktiv atəş sistemlərinin alınması üzrə müqavilələr imzalayıb.

Bu siyahıya hələ yüz ədəd "Apache" zərbə helikopteri, onlarla F-35 qırıcı təyyarəsi, əlavə "Patriot" zenit-raket kompleksləri və digər silahlar daxil deyil. Bütün bunlar hətta Polşa kimi inkişaf etmiş iqtisadiyyat üçün belə baha başa gəlir.

Ölkənin keçmiş müdafiə naziri Mariuş Blaşçakın sözlərinə görə, 3-4 il ərzində nazirlik artıq müqavilə bağlanmış hərbi texnika tədarükünün ödənişlərini həyata keçirə bilməyəcək.

O əlavə edib ki, Müdafiə və Maliyyə nazirlikləri arasındakı daxili yazışmalar da buna işarədir.

Mariuş Blaşçak sonda diqqətə çatdırıb ki, nazirlik iflas ərəfəsindədir.

Ekspertlər isə qeyd edirlər ki, bu satınalmaların maliyyələşdirilməsi həqiqətən də Varşava üçün ağır yükə çevrilib. Polşa Koreya silahlarını kreditlə əldə edir və plana əsasən, artıq 2027-ci ildə bu kreditlər üzrə ödənişlər üçün təxminən 80 milyard dollar ayrılmalıdır.

Banner
Avropa İttifaqında təbii qaz dünyada ən çox bahalaşan əmtəə oldu

Avropa İttifaqında təbii qaz dünyada ən çox bahalaşan əmtəə oldu

Dünya
01 noyabr 2026 528 baxış
Türkiyədə sosial şəbəkələrə yaş məhdudiyyəti

Türkiyədə sosial şəbəkələrə yaş məhdudiyyəti

Dünya
01 noyabr 2026 528 baxış
Ankara hərəkətə keçdi

Ankara hərəkətə keçdi

Dünya
01 noyabr 2026 528 baxış
Rusiyanın böyük neft emalı zavodu hücuma məruz qaldı

Rusiyanın böyük neft emalı zavodu hücuma məruz qaldı

Dünya
01 noyabr 2026 528 baxış
Təkcə enerji sahəsində yaranmış zərər 100 milyard avroya çatıb?

Təkcə enerji sahəsində yaranmış zərər 100 milyard avroya çatıb?

Dünya
01 noyabr 2026 528 baxış
Birmingemdə futbol matçından sonra baş verən silahlı insident araşdırılır

Birmingemdə futbol matçından sonra baş verən silahlı insident araşdırılır

Dünya
01 noyabr 2026 528 baxış
Aİ-də təbii qaz problemi | "Köhnə qitə" qışa necə hazırlaşır? - Baku TV

Aİ-də təbii qaz problemi | "Köhnə qitə" qışa necə hazırlaşır? - Baku TV

Dünya
01 noyabr 2026 528 baxış
Tehran Londonun kəşfiyyat və hərbi strukturlarına qarşı cavab addımı atıb

Tehran Londonun kəşfiyyat və hərbi strukturlarına qarşı cavab addımı atıb

Dünya
01 noyabr 2026 528 baxış
Kiyev və Moskva liderlərinin mümkün görüşü üçün hazırlıqlar gedir? - Baku TV CANLI

Kiyev və Moskva liderlərinin mümkün görüşü üçün hazırlıqlar gedir? - Baku TV CANLI

Dünya
01 noyabr 2026 528 baxış
Rusiya yenidən kütləvi pilotsuz uçuş aparatı hücumunun hədəfinə çevrilib - Baku TV CANLI

Rusiya yenidən kütləvi pilotsuz uçuş aparatı hücumunun hədəfinə çevrilib - Baku TV CANLI

Dünya
01 noyabr 2026 528 baxış
Seçilmişlər
icon