Dünya
Pleyeri seçin:
Bu ölkə Rusiyaya silah göndərir? - Gizli səfərin detalları ifşa edildi
Böyük Britaniyanın keçmiş baş naziri Boris Conson Venesuelanın paytaxtı Karakasa gizli səfər edib və burada Prezident Nikolas Maduro ilə görüşüb. Bu barədə “Tayms” məlumat yayıb.
Məlumata görə, Conson ailəsi ilə birlikdə istirahət etdiyi Dominikan Respublikasından şəxsi təyyarəsi ilə Karakasa yollanıb. Keçmiş baş nazir burada 24 saatdan az qalıb.
Qeyd olunub ki, Conson Maduro ilə Rusiyanın Ukraynaya müdaxiləsini və Venesueladan Rusiyaya mümkün silah və digər hərbi texnika tədarükü barədə məlumatları müzakirə edib.
Səfərin ötən ay baş tutduğu bildirilir.
Kopyalandı
Seçilmişlər