Bu ölkəni meşə yanğınları bürüdü | Türkiyə necə yardım edəcək?
Şimali Makedoniyada meşə yanğınları ilə bağlı fövqəladə vəziyyət davam edir.
Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzindən bildirilib ki, ölkənin müxtəlif bölgələrində qeydə alınan ocaqlardan 15-i söndürülüb, azı 15 yanğın hələ də aktiv olaraq qalır.
Məlumata görə, əlçatmaz relyefə görə ən ciddi və mürəkkəb olanı isə Serta dağında başlayan, ətrafdakı Stip və Neqotino bələdiyyələrinə qədər yayılan meşə yanğınıdır.
Qeyd olunub ki, təbiət hadisəsi hələlik yaşayış məntəqələrinə təhlükə yaratmır. Vəziyyətin azı daha bir həftə davam edəcəyi gözlənilir. Şimali Makedoniya meşə yanğınları ilə bağlı artıq qonşu ölkələrdən yardım istəyib.
Serbiya, Türkiyə, Xorvatiya, Sloveniya Şimali Makedoniyaya kömək üçün yanğınsöndürmə təyyarələri, helikopterlər və mülki müdafiə qrupları göndərib.
#Şimali Makedoniya teqi istifadə olunub
- Prezident İlham Əliyev Şimali Makedoniya rəsmisi ilə nələri müzakirə etdi?
- Şimali Makedoniyada 7 günlük matəm elan olundu | Dəhşətli yanğının detalları
- Azərbaycan XİN Şimali Makedoniyadakı yanğınla bağlı paylaşım etdi
- Konsert bədbəxt hadisə ilə sonlandı | Şimali Makedoniyada faciə
- Bakıdan çox təsirləndim | Şimali Makedoniya Prezidenti İlham Əliyevə təşəkkür etdi
