Bu virus görün necə yayılırmış | Ermənistan təşviş içində
Ermənistanda yayılan Qərbi Nil virusuna 20 nəfər yoluxub, bir nəfər isə ölüb.
Bu barədə yerli mediada məlumat yayılıb.
Bildirilib ki, ölkənin Xəstəliklərə Nəzarət və Xəstəliklərlə bağlı Xəbərdarlıq üzrə Mərkəzinin direktoru Sergey Çaxmaxyan məsələ ilə bağlı açıqlama verib.
Onun sözlərinə görə, hələlik ağcaqanadlar vasitəsilə yayılan bu xəstəliyi törədən həşəratların növü müəyyənləşdirilməyib.
Qeyd edək ki, əksər hallarda Qərbi Nil virusu hər hansı simptomlarla müşayiət olunmur, lakin yoluxan hər beşinci adam qrip virusuna bənzər simptomlar hiss edir. Yoluxanlarda yüksək hərarət, üşütmə, baş və bel nahiyəsində ağrılar, yorğunluq və limfa düyünlərində şişkinlik kimi əlamətlər müşahidə olunur. Bəzi hallarda isə bu virus zamanı dəridə səpkilər əmələ gəlir.