Pleyeri seçin:

Burada ayaqyoluna gedə bilməzsiniz | Pinqvinlərlə yaşayan sakinlərin şəhəri

19 mart 2025 688 baxış

“Oralarda necədir?” rubrikasının yeni buraxılışı yayımlanıb.

Bu dəfə Bakıdan 8 874 kilometr uzaqda, Afrika qitəsində, Atlantik okeanı sahilində almaz yataqları ilə zəngin olan Keyptaundan bəhs olunub.

Bu şəhər Cənubi Afrika Respublikasının 3 paytaxtından biridir. Adıçəkilən şəhər məşhur “O olmasın, bu olsun” filmində Həsən bəyin Məşədi İbadı bənzətdiyi qottentotların vətənidir və arxeoloji tapıntıları ilə tarixi 12 min il əvvələ gedib çıxır.

Keyptaun Cənubi Afrikanın ən gözəl şəhəridir. Burada 4 milyona yaxın insan yaşayır və günbəgün artır. Bəlkə də ona görə ki, adıçəkilən şəhərdə dövlət xəstəxanalarında dünyaya uşaq gətirmək pulsuzdur, amma özəl klinikalarda bu, keyptaunlulara 2 620 dollara, bizim pulla 4 454 manata başa gəlir. Əgər sığorta varsa, həmin məbləği şirkət ödəyir. Elə sponsor şirkətlər var ki, yeni doğulmuş körpələrə geyim də hədiyyə edirlər.

Keyptaunda analıq məzuniyyəti olsa da, hər qadın işini, qazancını sonraya saxlamaq kimi rahat həyat yaşamır. Ona görə də bir çox qadınlar doğuşdan sonra işləməyə başlayırlar, hətta övladlarını kürəklərinə sarıyaraq.

Lakin bu şəhərdə demək olar ki, hər məhəllədə uşaq bağçalarına da rast gəlmək mümkündür. Bağçaya qəbul 1 yaşından başlayır. Burada balacalara yemək də verirlər. Baxmayaraq ki, bağçada ayaqyolu yoxdur, valideynlər bu haldan şikayətçi deyillər.

Bir ay üçün ödəniləcək məbləğ 13 dollar, yəni 22 manat təşkil edir. Həmin məbləği ödəməyə imkanı olmayan valideynlər də olur. Tərbiyəçilər isə deyirlər ki, bu məqamı da anlayır və imkansız valideynlərə güzəşt edirlər.

Banner
Marko Rubio İranın hazırkı tələblərini "qeyri-ciddi" adlandırdı - Baku TV CANLI

Marko Rubio İranın hazırkı tələblərini "qeyri-ciddi" adlandırdı - Baku TV CANLI

Dünya
10 noyabr 2026 688 baxış
Konkret plan hazırlanıb?

Konkret plan hazırlanıb?

Dünya
10 noyabr 2026 688 baxış
Zelenski Vaşinqtonun və Avropanın mövqeyi ilə bağlı şübhələrini açıqladı - Baku TV CANLI

Zelenski Vaşinqtonun və Avropanın mövqeyi ilə bağlı şübhələrini açıqladı - Baku TV CANLI

Dünya
10 noyabr 2026 688 baxış
Əbu-Dabidəki danışıqlar müharibənin taleyini dəyişə bilərmi? - Baku TV

Əbu-Dabidəki danışıqlar müharibənin taleyini dəyişə bilərmi? - Baku TV

Dünya
10 noyabr 2026 688 baxış
Hökumət dəyişsə, müharibə siyasəti də dəyişəcəkmi? - AKTUAL GÜNDƏM

Hökumət dəyişsə, müharibə siyasəti də dəyişəcəkmi? - AKTUAL GÜNDƏM

Dünya
10 noyabr 2026 688 baxış
Rusiyalı rəsmilər İsrailə niyə gedib?

Rusiyalı rəsmilər İsrailə niyə gedib?

Dünya
10 noyabr 2026 688 baxış
Rusiya raketlərinin izi ilə: Ukrayna kosmosdan nəzarəti necə təmin edəcək? - Baku TV CANLI

Rusiya raketlərinin izi ilə: Ukrayna kosmosdan nəzarəti necə təmin edəcək? - Baku TV CANLI

Dünya
10 noyabr 2026 688 baxış
Netanyahu yeni hökumətə rəhbərlik etmək istəyir

Netanyahu yeni hökumətə rəhbərlik etmək istəyir

Dünya
10 noyabr 2026 688 baxış
“Şəhərin mərkəzində belə şey olar?!” | Çirkab suları sakinləri təngə gətirdi - Baku TV

“Şəhərin mərkəzində belə şey olar?!” | Çirkab suları sakinləri təngə gətirdi - Baku TV

Dünya
10 noyabr 2026 688 baxış
“Mübarizə qızışacaq” | Toqquşan maraqlar: 7 saatlıq görüşün pərdəarxası məqamları - Baku TV

“Mübarizə qızışacaq” | Toqquşan maraqlar: 7 saatlıq görüşün pərdəarxası məqamları - Baku TV

Dünya
10 noyabr 2026 688 baxış
Seçilmişlər
icon